Qazaxıstan və Azərbaycan Aktauda maye qaz istehsalı zavodu inşa edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan və Azərbaycan Aktauda maye qaz istehsalı zavodu inşa edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazaxıstan və Azərbaycan Qazaxıstanın qərbində təbii maye qaz istehsalı zavodunun inşası imkanını müzakirə edir. Bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev məlumat verib.

 

Reklam_3_11

“Gələcəkdə Azərbaycana ixracı və tranziti məqsədilə Aktauda maye qaz istehsalı zavodunun inşası məsələsinə baxırıq. Bunlar, gündəlikdə duran məsələlərdir”, - K.Bozumbayev çərşənbə günü Astanada Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası öncəsi jurnalistlərə bildirib.

 

Bundan əlavə, onun sözlərinə görə, Azərbaycanla neft maşınqayırması sahəsində birgə müəssisənin yaradılması imkanı müzakirə olunur. “Azərbaycanda neft maşınqayırması sahəsi inkişaf edib. Hazırda Azərbaycan kapitalı, təbrübəsi, bacarığı, texnologiyaları ilə Qazaxıstan ərazisində bu cür zavodların yaradılmasını müzakirə edirik ki, gələcəkdə məhsulları neft şirkətlərinə realizə edək”, - nazir deyib.

 

O vurğulayıb ki, bir halda ki, neft maşınqayırma məhsulları xarici şirkətlər tərəfindən yataqların işlənməsi üçün böyük həcmdə idxal edilir, birgə müəssisə fəaliyyətini neft-qaz maşınqayırma avadanlığının yığılmasından başlaya bilər.

 

O cümlədən, K.Bozumbayev məlumat verib ki, iki ölkənin dəmir yolları idarələri arasında ixrac öncəsi maliyyələşdirmə şərti ilə Azərbaycanavaqon və lokomotivlərin tədarükü imkanı ilə bağlı müzakirələr aparılır. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İntefaks-Azərbaycan

01.11.2018 06:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ