Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İpoteka və Kredit Zəmanət Fondundan 18 milyona yaxın xalis qazanc

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka və Kredit Zəmanət Fondundan 18 milyona yaxın xalis qazanc

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1  milyard 154 milyon manat təşkil edib.

 

Reklam_3_11

 Fondun maliyyə hesabatına görə, bu, ilin əvvəli ilə müqayisədə 20,4% çoxdur.

 

İKZF-in aktivlərinin 70,2%-ni və yaxud 810 milyon 257 min manatını ipoteka kreditləri təşkil edib. Yanvar-sentyabr aylarında Fondun kredit portfeli 18,5% böyüyüb.

 

Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597 milyon 61 min manata, o cümlədən borc öhdəlikləri 7,8% artaraq 580 milyon 827 min manata çatıb.

 

Fondun cəmi kapitalı isə 28,55% artaraq 531 milyon 133 min manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 milyon manat ) artaraq 466 milyon manat olub.

 

Bu ilin ilk 9 ayında İKZF-in faiz gəlirləri 34 milyon 881 min manat, faiz xərcləri 12 milyon 737 min manat, dəyərsizləşmə üzrə zərəri 833 min manat, haqq və komissiya xərcləri 570 min manat, digər gəlirləri 1 milyon 75 min manat, insan resursları üzrə xərcləri 2 milyon 343 min manat, inzibati və digər xərcləri isə 1 milyon 529 min  manat təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 17 milyon 943 min manat mənfəətlə başa vurub. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

01.11.2018 07:15

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ