Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank kartlarından pul oğurlayanlar saxlanıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank kartlarından pul oğurlayanlar saxlanıldı

Xarici bankların müştərilərinin hesablarından 302 min manat oğurlayaraq Azərbaycanda nağdlaşdıran hakerlər saxlanılıblar


 

Reklam_3_11

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yeni nəsil informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

DİN-in mətbuat xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xüsusi kiberproqramlardan istifadə edilməklə xarici ölkələrdə yerləşən müxtəlif bankların müştərilərinin şəxsi hesablarına qanunsuz müdaxilə olunduğu, həmin hesablardan külli miqdarda pulun oğurlanaraq başqa kartlara transfer edildiyi və ölkəmizdə nağdlaşdırıldığı barədə məlumat daxil olub.

 

Baş İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Hüseynov və Mingəçevir şəhər sakini Şahin Əhmədli saxlanılıblar.

 

178 MİN DOLLAR OĞURLAYIBLAR

 

Araşdırma zamanı müəyyən edilib ki, F.Hüseynov və Ş.Əhmədli xarici ölkələrdə yerləşən bankların müştərilərinin bank kartlarından ümumilikdə 178.000 ABŞ dolları (302 min manat) məbləğində pul vəsaitini qanunsuz olaraq öz şəxsi hesablarına köçürüblər. Bundan sonra pullar dəstə üzvləri tərəfindən nağdlaşdırılıb.

 

Baxış zamanı saxlanılan şəxslərin yaşadıqları mənzillərdən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqlara baxış keçirilən zaman onların yaddaşlarından xarici ölkə vətəndaşlarına məxsus bank hesabları və kartların məlumatları da aşkar olunub.

 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

01.11.2018 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ