Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan və Dağıstan arasında dəmir yolu əlaqəsi qurulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Dağıstan arasında dəmir yolu əlaqəsi qurulacaq

Azərbaycan və Dağıstan arasında dəmir yolu əlaqəsi yaradılacaq.

 

“Müntəzəm dəmir yolu əlaqəsi Azərbaycan və Dağıstanı birləşdirəcək”, - Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bəyan edib. Bu barədə Rusiya mətbuatı məlumat verir.

 

“İndiyədək istifadə olunmayan böyük nəqliyyat imkanlarımız var. İndi Bakı ilə müntəzəm dəmir yolu əlaqəsi yaradcağıq. Çox rahatdır, tam şəkildə işləmək mümkündür”, - V.Vasilyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanla dəmir yolu əlaqəsinin yaradılması Dağıstan iqtisadiyyatını inkişaf etdirməyə imkan yaradacaq.

 

Həmçinin, V.Vasilyev vurğulayıb ki, cari ilin aprel ayında Dağıstan hökuməti və “Rusiya Dəmir Yolları” ASC (RDY) tərəfindən Mahaçkala-Bakı marşrutu ilə yeni dəmir yolu əlaqəsi məsələsinə baxılıb.

 

Hazırda Rostov-Bakı, Xarkov-Bakı və Moskva-Bakı qatarları Mahaçkala ərazisindən keçir.

 

Bundan başqa, məlumat verilib ki, Mahaçkala ilə Bakı arasında birbaşa aviareysin açılması planlaşdırılır.

 

Bakıda keçirilən 9-cu Rusiya-Azərbaycan Regionlararası Forum çərçivəsində Dağıstanla Azərbaycan arasında hava əlaqəsinin yaradılması üzrə əməkdaşlığa dair memorandum imzalanıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbayan

01.11.2018 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ