Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türkiyənin pambıq sortu Azərbaycanda yüksək məhsul verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyənin pambıq sortu Azərbaycanda yüksək məhsul verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərpambıq ASK" MMC tərəfindən Bərdə rayonunda təcrübə məqsədilə Türkiyənin "Set Tohum" toxumçuluq şirkətinə məxsus ADN-123 tezyetişən pambıq sortu becərilib.

 

Reklam_3_11

ADN-123 pambıq sortunun yetişdirildiyi Lək kəndi ərazisində keçirilən tarla günündə Kənd Təsərrüfatı Nazirliyinin, "Azərpambıq ASK" MMC-nin, “Aqrolizinq” ASC-nin, Türkiyənin "Set Tohum" toxumçuluq və CANSA şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak edib.

 

"Azərpambıq ASK" MMC-nin direktoru Bəhruz Camalov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdir müavini Fərman Kərimov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov və "Set Tohum" şirkətinin nümayəndələri çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan, əldə olunan uğurlardan, məhsuldarlığın artırılması yollarından danışıblar. Bildirilib ki, pambıqçılıqda yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri yüksək reproduksiyalı, yerli şəraitə uyğun məhsuldar toxumlardan istifadədir. Yüksək məhsuldarlıq keyfiyyətli toxumdan başlayır.

 

Diqqətə çatdırılıb ki, "Azərpambıq ASK" MMC ilə əməkdaşlıq edən fermerin sahəsində becərilən tezyetişən ADN-123 sortu məhsuldarlığı ilə seçilir. Digər pambıq sortlarından xeyli gec - may ayının 23-də 2 hektar sahədə əkilən ADN-123 pambıq sortu yüksək məhsul verib. Bu sort Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.

 

Tədbirdə, həmçinin Türkiyənin CANSA şirkətinə məxsus pambıqyığan maşının sınağı aparılıb. Bu texnikanın digərlərindən fərqli cəhəti odur ki, tam açmış pambıq sahəsinə bir dəfə girməklə tarladakı bütün pambığı yığır.

 

Tarla günündə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

01.11.2018 08:44

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ