AYİB-dən Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda ÜDM artımını 1,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın “Regional iqtisadi perspektivlər” (Regional Economic Prospects) adlı noyabr icmalında qeyd olunur.
AYİB cari ilin may ayında Azərbaycanda 2018-ci il üçün ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% (dəyişməyib) artacaq.
"2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə ÜDM ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,8% artıb ki, bu da qeyri-neft sektorunda 1% artımla şərtlənib. 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-nin həm də qaz hasilatının və onun ixrac potensialının yüksəlməsi hesabına tədricən artacağı gözlənilir", - deyə bank qeyd edir.
Orta illik inflyasiya 2017-ci ildə qeydə alınmış 12,9%-dən 2018-ci ilin 9 ayının yekunları üzrə illik hesablamada 2,6%-dək azalıb.
"2018-ci ilin III rübünün sonuna Azərbaycanın valyuta ehtiyatları 44,5 mlrd.dollara çatıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 8,2% çoxdur", - deyə icmalda bildirilir.
AYİB, həmçinin bildirir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın iqtisadi inkişafı üçün risk yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl