Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Expressbank"da geniş struktur dəyişiklikləri və yeni təyinatlar olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Expressbank"da geniş struktur dəyişiklikləri və yeni təyinatlar olub

"Expressbank" ASC, həm pərakəndə, həm korporativ müştərilərə xidmət keyfiyyətini artırmaq məqsədilə struktur dəyişiklikləri həyata keçirib.

 

"Marja" xəbər verir ki, bankda yeni Biznes bankçılıqPərakəndə bankçılıq departamentləri yaradılıb və bu departamentlər, özlərinə aid satış və xidmət sahələrini tərkiblərində çəmləşdirir.

 

Bununla bağlı olan təşkilatı dəyişikliklər aşağıdakılardır:

 

Mehman Məmmədov İdarə Heyətinin sədr müavini təyin olunub. Yaşar Kərimov Pərakəndə bankçılıq departamentinin direktoru, Fərid Salahov isə onun müavini təyin olunub.

 

Bankda həmçinin, Ödəniş sistemləri və hesablaşmalar mərkəzi yaradılıb və mərkəzin başına Teymur Ağakişiyev təyin olunub. Mərkəz 2 departamenti birləşdirəcəkdir: Ödəniş sistemlərinin idarə edilməsi departamenti (Azər Rəsulov departament rəhbəri) və Hesablaşmalar departamenti (Pərvanə Şahmarova departament rəhbəri).

 

Biznes bankçılıq departamentinin direktoru vəzifəsinə Nicat Həmidov təyin olunub. Lalə Talıbova Biznes İnkişafı departamentinə departament direktoru müavini təyin olunub.

 

Dəyişikliklər nəticəsində, Kredit departamenti, Qeyri-kredit bank xidmətləri və məhsulları şöbəsi fəaliyyətini dayandırıb və bu sahələr üzrə iş yeni struktur bölmələrinə tapşırılıb. Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi (Ləman Şeyxəliyevanın rəhbərliyi ilə), Maliyyə əməliyyatları monitorinqi şöbəsi (Anar Əbiyevin rəhbərliyi ilə), Nağd vəsaitlərin və digər qiymətlilərin saxlanılması və uçotu şöbəsi (Gülnarə İslamovanın rəhbərliyi ilə) yaradılıb.

01.11.2018 13:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ