Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Azərbaycanın ən hündür binasını biz tikirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanın ən hündür binasını biz tikirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Azərbaycanda ən hündür və qeyri-adi binanı məhz hazırda“SMTS” MMC şirkəti inşa edir".

 

Reklam_3_11

Bunu “SMTS” MMC şirkətinin rəhbəri Ağalar Allahyarov bildirib.

 

“SMTS” MMC 2015-ci ildən daha bir çoxmərtəbəli binanın inşasına başlayıb. Bu “Baku Tower” binasıdır. “Baku Tower” binası 50 mərtəbəli olmaqla 271 m hündürlüyündə olacaqdır. Binanın Baş Podratçısı “Azinko Holdinq” şirkətidir. Bu bina müasir iş mərkəzi olmaqla ölkəmizin ən hündür binasıdır. Bina zəlzələyə və güclü küləyə dayanıqlı olsun deyə 400 ton ağırlığında Damper və BRB-lərlə (xüsusi seysmik rabitələr) təchiz olunmuşdur", - şirkətin rəhbəri bildirib.


Ağalar Allahyarov qeyd edib ki, 2013-cü ildə “Əmlak Məsələləri Dövlət Komitəsi”nin 33 mərtəbəli İnzibati Binasının (Property Tower) inşaası ilə bağlı elan etdiyi tenderdə “SMTS” MMC qalib oldu: "Bina Avstriyanın “Hoffmann Janz” memarlıq şirkəti tərəfindən layihələndirilib. Bina ümumi hündürlüyü 134 m olmaqla 33 mərtəbədən ibarət olacaqdır. Belə ki, binanın bir mərtəbəsi digər mərtəbəyə nisbətən 2,6 dərəcədə dönür. Nəticədə sonuncu mərtəbə birinci mərtəbəyə nisdəbən 90 dərəcə dönərək qeyri adı görüntü yaradır. İnanıram ki, bu bina şəhərimizdə ən gözəl binalardan biri olacaqdır".

 

“SMTS” MMC Yaşayış Kompleksləri, İnzibati Binalar, İş Mərkəzlərinin inşası ilə yanaşı otellərin inşasını da həyata keçirmişdir. Buna misal olaraq “Qalaaltı Otel və SPA” mərkəzini göstərmək olar.

 

Ağalar Allahyarov davam edən layihələr barədə də məluma tverib:

 

"Hal-hazırda biz Qəbələ rayonunda İstixana kompleksinin inşasını davam etdiririk. Eyni zamanda Bilgəh və Qala kəndlərində salınmış Badam bağlarının becərilməsi və əldə ediləcək məhsulun emalı üçün tələb olunan yardımçı bina və qurğuların inşasını həyata keçiririk."

01.11.2018 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ