Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bakıda Astana Beynəlxalq Maliyyə Mərkəzi müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Astana Beynəlxalq Maliyyə Mərkəzi müzakirə edilib

01 noyabr  tarixində  “İrşad” oteldə  “Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Təbdirdə  iqtisadçı-ekspertlər, ictimai fəallar, iş adamları və KİV nümayəndələri  iştirak ediblər.

 

Reklam_3_11

Tədbirdə  qeyd edilib ki,  Azərbaycan 2025-ci ildə Bakıda “Expo-2025 ” beynəlxalq sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və  bu istiqamətdə  həm ölkə daxilində, eləcə də xarici ölkələrdə və müxtəlif  beynəlxalq  təşkilatlarda aktiv təbliğat kampaniyası aparmaqdadır. Mətbuatdan da bəllidir ki,  2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı ilə yanaşı,Rusiyanın Yekaterinburq və  Yaponiyanın Osaka  şəhərləri də öz namizədliyini irəli sürüblər. Artıq seçim mərhələsi yekunlaşmaq üzrədir  və yaxın günlərdə  “Expo 2025”ə  ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq. Azərbaycan “Expo 2025” sərgisini  mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

 

Qeyd edilib ki, ötən il qardaş ölkə və tərəfdaş dövlət olan Qazaxıstanın paytaxtı Astana şəhəri bu tədbirə ev sahibliyi edib. Azərbaycan sərgidə böyük pavliyonla təmsil olunub. Sentyabrın 9-da  Azərbaycan prezidenti İlham Əliyev “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

 

Sərgi bitdikdən sonra , sərgi pavliyonlarının yerləşdiyi ərazidə cari ilin iyulundan Astana Beynəlxalq Maliyyə Mərkəzinin(ABMM) fəaliyyətə başlayıb.  İyulun 7-də ABMM-in rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, hökumət nümayəndələri, xarici dövlətlərin başçıları, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər. Yaranmasından az müddət keçməsinə baxmayaraq artıq 100-dək şirkət ABMM-də qeydiyyatdan keçib. Dünyanın bir sıra iri maliyyə institutları burada öz nümayəndəliklərini açıblar.  Belə güman edilir ki, ABMM xarici şirkətlərin qiymətli kağızlarını öz birjalarında yerləşdirməklə yanaşı, İslam bankçılığının regionda güclənməsinə gətirib çıxaracaq,  kapital bazarının genişlənməsinə, ölkəyə güclü investisiya axınına səbəb olacaq,eləcə də  ölkənin iqtisadi inkişafına güclü təkan vermiş olacaq. 

 

Tədbirdə çıxış edən iqtisadçı ekspert Vüqar Bayramov  Astanada yaradılan beynəlxalq maliyyə mərkəzi region üçün çox mühüm əhəmiyyətə malik olduğunu deyib: “ Bildiyimiz kimi bu mərkəz nəqliyyat xidmətləri də daxil olmaqla bir sıra logistik xidmətlər təklif edir. Bundan əlavə, Astana Beynəlxalq Maliyyə Mərkəzi həm də iş adamları üçün böyük güzəştlər paketini təqdim edən bir modeldir. Belə ki, bu mərkəz çərçivəsində sahibkarlara 50 il müddətinə vergilərdən azad olmaq təklif olunur ki, bu da sahibkarlar üçün kifayət qədər böyük güzəşt  və dəstək deməkdir. Hesab edirəm ki, bu amil ölkəyə xarici sahibkarların cəlb edilməsi,eləcə də  maliyyə bazarlarının inkişafı üçün həm regional, həm də qlobal mənada çox əhəmiyyətlidir. Bundan əlavə ABMM həm də xarici vətəndaşlara 5 il müddətinə viza güzəştləri təqdim edir ki, bu da sahibkarların vizasız rejimdə Qazaxıstana gəlməsinə şərait yaradır ”. Onun sözlərinə görə  Astana Beynəlxalq Maliyyə Mərkəzini fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, burada gələcəkdə yarana biləcək hər hansı bir məhkəmə çəkişmələrinin Böyük Britaniya hüquq sisteminə uyğun şəkildə aparılacaq ki, bu da iş adamlarında, eləcə də xarici investorlarlarda böyük inam yaradır. 

 

“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mərkəzin açılışındakı çıxışında qeyd etdi ki,  Astana Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasında əsas məqsəd Mərkəzin regionda bir haba çevrilməsinə nail olmaqdır. Hesab edirəm ki, sahibkarlara təklif edilən güzəştlər, xüsusən də ölkə qanunvericiliyinə dəyişiklik edilməsi, beynəlxalq məhkəmə hüququnun ölkə qanunlarından üstün tutulması Qazaxıstan rəhbərliyinin bu niyyətlərinin gerçəkləşməsinə şərait yaradacaq. Bu baxımdan belə hesab edirəm ki, ABMM-də istifadə edilən oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsi məqsədəuyğundur və mümkündür ”,-deyə Vüqar Bayramov vurğulayıb.

 

UNEC-in Tədqiqatlar Fondunun prezidenti Fərhad Əmirbəyov isə məsələyə fərqli yanaşıb: “Belə hesab edirəm ki, Qazaxıstan  Astana Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasına hələ bir model kimi baxır. Belə ki, Astanada  beynəlxalq maliyyə bazarının yaradılması üçün hələ bir qədər tezdir. Çünki,  ölkədə mal və xidmətlərin ixracından sonra kapitalın ixracı baş verdikdə belə mərkəzlərin yadarılmasına tələbat yaranır. Ölkədə sənayeləşmə hələ də tam həyata keçirilməyib. Amma buna baxmayaraq, ölkəyə xarici investorların cəlb edilməsi baxımından belə maliyyə mərkəzlərinin yaradılması çox faydalı ola bilər”.

 

İqtisadçı-ekspert  Nazim Bəydəmirli  çıxışında ötən il Qazaxıstanda keçirilən “Expo2017” sərgisi çox böyük uğur qazandığnı bildirib: ”Onlarla ölkənin dövlət başçılarının, nüfuzlu beynəlxalq maliyyə təşkilatların rəhbərlərinin sərgidə iştirakı ölkənin təbliğı baxımından çox mühüm bir addım idi. Bunun ardından Astanada Beynəlxalq Maliyyə Mərkəzini yaratmaqda  Qazaxıstanın məqsədi aydın görünür-ölkə qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlıdır. Digər tərəfdən Qazaxıstanın güclü iqtisadiyyata malik Çin ilə Avropa arasında yerləşməsi onu bel bir addımı atmağa sövq edir.  Düşünürəm ki, bu baxımdan Qazaxıstanın çox böyük perspektivləri vardır. ABMM-nin yaradılması Qazaxıstanda qiymətli kağızlar bazarının inkişafına imkan yaratmaqla yanaşı, ölkəyə investisiya axınına, eləcə də iqtisadiyatının sürətlə inkişafına səbəb olacaq”.

 

Politoloq İlqar Vəlizadə  isə bildirib ki, ümumiyyətlə Qazaxıstan iqtisadiyyatı hər zaman xarici investorlar üçün cəlbedici olub: “Düşünürəm ki, ABMM-nin yaradılması xarici investorların Qazaxıstana sərmayə yatırması prosesini həm asanlaşdıcaq. Həm də sürətləndirəcək. Elə bir faktı qeyd edim.Təqribən yaranmasından 1il müddət keçməsinə baxmayaraq, 100-dək şirkətin səhmlərinin Astana Beynəlxalq Maliyyə Mərkəzində yerləşdirməsi buna əyani sübutdur. Digər tərəfdən, məlumdur ki,  Qazaxıstan rəhbərliyi hazırda ölkədə “Nurlu Yol” adlı yeni strateji proqram həyata keçirməkdədir. Bu proqlam Qzaxaıstanda sənayeləşdirməni həyata keçirməyi qarşıya məqsəd qoyub. Düşünürəm ki, xarici sərmayə olmadan bu proqramı həyata keçirmək ölkə üçün çətin olardı. Bu baxımdan ABMM-in fəaliyyə başlaması Qazaxıstana xarici sərmayə axınını gücləndirəcək və ölkə iqtisadiyyatının inkişafını sürətləndirəcək.  ”

 

Tədbirdə çıxış edən digər natiqlər- İlham Şaban, Eldar İsmayılov və başqaları Astana Beynəlxalq Maliyyə Mərkəzinin fəaliyyətə başlamasının ölkə iqtisadıyyatına müsbət təsir etməklə yanaşı,  regionda maliyyə bazarının    inkişafına gətirib çıxaracağını vurğulayıblar. 

01.11.2018 14:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ