Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Büdcədən yardım azaldılacaq, "zibil pulu" ciddi yığılacaq - MİLLİ STRATEGİYA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Büdcədən yardım azaldılacaq, "zibil pulu" ciddi yığılacaq - MİLLİ STRATEGİYA

Xəbər verdiyimiz kimi, bu gün Prezidenti Sərəncamı ilə tiqamətlərindən biri kimi bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış tövsiyələr əsasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” təsdiq edilib. 

 

Reklam_3_11

Birinci mərhələdə 5 (beş) ili əhatə edəcək bu Milli Strategiyanın həyata keçirilməsi üçün konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönələn müvafiq tədbirlər müəyyənləşdirilmişdir.

 

"Marja"  xəbər verir ki, Strategiyada deyilir:

 

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir.

 

Ətraflı aşağıda Milli Strategiyanın tam mətnindən oxuya bilərsiniz.


 

Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün MİLLİ STRATEGİYA

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

 

1. Giriş

Azərbaycan Respublikasının iqtisadi potensialından səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Böyük Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, habelə insanların sağlamlığının təmin edilməsi üçün ölkədə kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara cavab verən tərzdə qurulmasına əlverişli şərait yaranmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram", “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində beynəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün poliqonlar yaradılmışdır. Bakı şəhərində yığılan tullantıların zərərsizləşdirilməsi məqsədilə Balaxanı qəsəbəsində istehsalat gücü 500 min ton olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tikilmişdir. Həmin zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri zavodlardan biri hesab edilir və dördüncü nəsil texnologiyaların (4G) tətbiqi ilə ətraf mühitin mühafizəsi sahəsində Avropa İttifaqının ən sərt normativlərinə uyğun qurulmuşdur. Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon kVt/saat elektrik enerjisi hasil edilir ki, onun da bir qismi daxili tələbatı ödəmək üçün dövlət enerji şəbəkəsinə ötürülür.

 

Bakı şəhəri ərazisində yaranan bərk məişət tullantılarının səmərəli idarə edilməsi məqsədilə 2008-ci ildə təsis edilmiş “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti paytaxtın ekoloji durumuna ciddi problemlər törədən bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün Balaxanı poliqonunun bərpasını təmin etmiş, nəticədə ətraf mühitə təhlükə törədən amillər zərərli tullantıların kənarlaşdırılması yolu ilə aradan qaldırılmış, poliqon ərazisində tullantıların qəbulu və yerləşdirilməsi üçün meydançalar genişləndirilmiş, daxili yollar yenilənmiş, müvafiq abadlaşdırma və yaşıllaşdırma işləri aparılmışdır.

 

Eyni zamanda, bərk məişət tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi məqsədilə Almaniya istehsalı olan qabaqcıl texnologiyalar əsasında qurulmuş və illik gücü 200 min ton olan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu istismara verilmiş, tullantıların çeşidlənməsi nəticəsində emal üçün yararlı olan kağız, şüşə, plastik, qara və əlvan metal, habelə digər xammalın ayrılması tullantıların ümumi həcminin azaldılmasına, əlavə xammal bazarının və ölkədə təkrar emalın formalaşdırılmasına və ən önəmlisi, tullantıların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə imkan vermişdir.

 

Qeyd olunanlarla yanaşı, bərk məişət tullantıları üzrə təkrar istehsalı inkişaf etdirmək məqsədilə 2012-ci ildə təməli qoyulmuş və 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkı fəaliyyətə başlamışdır. Orada işləyən müəssisələrə vergi və gömrük sahəsində tətbiq olunan stimullaşdırıcı tədbirlər, onların rəqabətqabiliyyətli olmasına, səmərəli və ekoloji təhlükəsizlik meyarları əsasında formalaşmasına və yüksək texnologiyalar tətbiq etməsinə təkan vermişdir.

 

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində 2011–2014-cü illərdə Böyük Bakı ərazisində bərk məişət tullantılarının yığılıb toplanması və zərərsizləşdirilməsi sisteminin təkmilləşdirilməsi üçün bir sıra tədqiqatlar aparılmışdır.

 

Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinə dair Milli Strategiyanın hazırlanması və məişət tullantıları sahəsində vahid idarəçiliyin tətbiqi üçün ölkə ərazisindəki vəziyyət təhlil edilmiş, şəhər və rayonlarda bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşıma, toplama və zərərsizləşdirmə sisteminin qurulması üçün regional sanitariya poliqonundan və ötürücü məntəqələrdən ibarət şəbəkənin yaradılması ilə bağlı təkliflər, həmçinin mərhələli hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair tövsiyələr hazırlanmışdır. Layihənin icrası çərçivəsində Bakı şəhərində Qaradağ və Suraxanı poliqonları tam bərpa olunmuş, çoxsaylı qeyri-qanuni tullantı sahələri müəyyən edilərək təmizlənmiş, yeni texnika və avadanlıq alınmış və tullantıların idarə edilməsi üçün ilkin informasiya bazası yaradılmışdır.

 

Bakı ərazisində fəaliyyət göstərən yeni sistemlər istisna olmaqla, regionlarda əksər hallarda tullantıların açıq zibilxanalarda toplanması, bu məqsədlə ayrılmış sahələrin hasarlanmaması, həmin sahələrdə basdırılan tullantılardan əmələ gələn çirkləndirici maddələrin qrunt sularına qarışması, bəzi tullantı poliqonlarının birbaşa olaraq çayların sahili boyunca və subasar düzənliklərdə yerləşdirilməsi bu sahəyə xüsusi diqqət yetirilməsi zərurətini yaradır.

 

Layihənin prioritet istiqamətlərindən biri kimi bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış tövsiyələr əsasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” (bundan sonra – Milli Strategiya) formalaşdırılmış, birinci mərhələdə 5 (beş) ili əhatə edəcək bu Milli Strategiyanın uğurla həyata keçirilməsi üçün konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönələn müvafiq tədbirlər müəyyənləşdirilmişdir.

 

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir.

 

2. Milli Strategiyanın məqsədləri

 

2.1. Milli Strategiyanın məqsədləri aşağıdakılardır:

 

2.1.1. bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycan Respublikasındakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi;

 

2.1.2. çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsi;

 

2.1.3. ictimai təhsil, səmərəli ictimai maarifləndirmə kampaniyaları, yeni bərk tullantı sistemləri və bazarın inkişaf etdirilməsi vasitəsilə çeşidləmə, emal və tullantılardan təkrar istifadə yolu ilə ehtiyatların bərpa edilməsi potensialının artırılması;

 

2.1.4. ictimai sağlamlığa və ətraf mühitə dəyən zərərin azaldılması məqsədilə potensial təhlükəli tullantıların xüsusi şəkildə idarə edilməsi;

 

2.1.5. mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsi.

 

3. Milli Strategiyanın prioritet istiqamətləri

 

3.1. Milli Strategiyanın prioritet istiqamətləri aşağıdakılardır:

 

3.1.1. bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübənin və mütərəqqi texnologiyaların tətbiqi hesabına bütövlükdə bu sahədə idarəetmə keyfiyyətinin artırılması və səmərəliliyin təmin edilməsi;

 

3.1.2. sahənin maddi-texniki bazasının gücləndirilməsi, yeni infrastruktur obyektlərinin inşası, müasir texnika və avadanlıqla təchizatın təmin edilməsi;

 

3.1.3. bərk məişət tullantılarının idarə edilməsində beynəlxalq standartlara (tullantıların azaldılması, onların təkrar istifadə və emal üçün çeşidlənməsi, ehtiyatların bərpa edilməsi) əsaslanaraq fəaliyyətin təmin olunması;

 

3.1.4. bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılması, yeni tarif sisteminin və yığım mexanizmlərinin tətbiq edilməsi;

 

3.1.5. müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsi.

 

4. Milli Strategiyanın maliyyələşdirilməsi

 

4.1. Milli Strategiyada öz əksini tapmış tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

 

4.1.1. dövlət büdcəsinin xərclərində müvafiq dövlət qurumlarının bərk məişət tullantılarını idarə etməsi üçün nəzərdə tutulmuş vəsait;

 

4.1.2. mikrokreditlər;

 

4.1.3. beynəlxalq donorların və maliyyə qurumlarının qrantları;

 

4.1.4. yerli və xarici investisiyalar;

 

4.1.5. qanunvericiliklə qadağan olunmayan digər maliyyə mənbələri.

 

5. Milli Strategiyanın icrasından gözlənilən nəticələr

 

5.1. Milli Strategiyanın həyata keçirilməsindən gözlənilən əsas nəticələr aşağıdakılardır:

 

5.1.1. bərk məişət tullantılarının yığılması, daşınması, təkrar emalı və zərərsizləşdirilməsi proseslərinin təkmilləşdirilməsi;

 

5.1.2. ölkənin bütün şəhər və kəndlərinin ərazilərində bərk tullantıların yığılmasını, təkrar emalını və zərərsizləşdirilməsini təkmilləşdirəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi;

 

5.1.3. respublikanın bütün ərazisini əhatə edəcək bərk məişət tullantılarının regional sanitariya poliqonlarının və ötürücü məntəqələrin yaradılması, bu xidmətin bütün yaşayış məntəqələrinə doğru genişləndirilməsi;

 

5.1.4. bərk məişət tullantılarının idarə edilməsi sahəsində göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması və tarif cədvəllərinin təkmilləşdirilməsi;

 

5.1.5. bərk məişət tullantılarının idarə edilməsi üçün dövlət büdcəsindən ayrılan maliyyə yardımının mərhələli şəkildə azaldılması;

 

5.1.6. ictimai sağlamlığın təmin edilməsi;

 

5.1.7. ətraf mühitə mənfi təsirlərin azaldılması və təbii sərvətlərdən davamlı istifadə edilməsi;

 

5.1.8. əhalinin məşğulluq səviyyəsinin artırılması, kommunal xidmətlər sahəsində yeni iş yerlərinin açılması və səmərəliliyin yüksəldilməsi.

 

6. Milli Strategiyanın icrası və ehtiyatların səfərbər edilməsi

 

6.1. Milli Strategiya Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsi tədbirlərinin təkmilləşdirilməsi üzrə Fəaliyyət Planı çərçivəsində görüləcək tədbirləri, icraya məsul dövlət orqanlarını, həmçinin icra müddətlərini müəyyən edir.

 

 7. Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi üzrə

 FƏALİYYƏT PLANI

Sıra

№-si

 

 

Tədbirin adı

 

Gözlənilən nəticələr

 

İcraçı orqanlar

 

İcra müddəti (illər üzrə)

1

2

3

4

5

 7.1. Bərk məişət tullantılarının idarə edilməsi sahəsində institusional tədbirlər

7.1.1.

Mövcud institusional və təşkilati təsisatların təkmilləşdirilməsi

müvafiq islahatlar aparılması yolu ilə idarəetmə sahəsində səmərəlilik artacaqdır

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

2018–2019

7.1.2.

Ölkə üzrə bərk məişət tullantılarını zərərsizləşdirmə  təsisatlarının (sanitariya poliqonları, ötürücü məntəqələr) idarə olunması, toplama və daşıma fəaliyyəti ilə məşğul olan yerli idarəetmə orqanlarına dəstək verilməsi

bərk məişət tullantılarının idarə edilməsi sahəsində fəaliyyət göstərən kadrların bilik və bacarıq  səviyyəsi artacaqdır

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

2018–2019

7.1.3.

Bərk məişət tullantılarının idarə edilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

müvafiq normativ hüquqi bazanın tək-milləşdirilməsi yolu ilə zəruri addımlar atılacaqdır

İqtisadiyyat Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

2018–2019

7.1.4.

Bərk məişət tullantılarının idarə edilməsi üzrə milli informasiya sisteminin yaradılması

informasiya-kommunikasiya texnologi-yalarının imkanlarından geniş istifadə ediləcəkdir

 

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

2018–2020

7.1.5.

Bərk məişət tullantılarının idarə edilməsi xidmətlərinə görə tariflərin təkmilləşdirilməsi

sahə üzrə səmərəliliyin artırılması məqsədilə mərhələli şəkildə yeni tariflər tətbiq ediləcəkdir

Tarif (Qiymət) Şurası

 

2018

7.1.6.

Malların (məhsulların) istehsalı, emalı və idxalı ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti ilə bağlı yaranan bərk məişət tullantılarının idarə olunması ilə bağlı məsuliyyətin müəyyən edilməsi üçün “İstehsalçının genişləndirilmiş məsuliyyəti” mexanizminin tətbiqinə dair təkliflərin hazırlanması

hüquqi şəxslərin və fərdi sahibkarların malların (məhsulların) istehsalı, emalı və idxalında mövcud resurslardan səmərəli istifadə ilə bağlı məsuliyyəti artacaqdır

 

İqtisadiyyat Nazirliyi

 

2018–2019

 7.2. Bərk məişət tullantılarının idarə edilməsi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, ictimai maarifləndirmə tədbirləri

7.2.1.

Bərk məişət tullantılarının idarə edilməsi sahəsində kadr potensialının artırılması

mütəmadi olaraq müvafiq təlimlər keçiriləcək və sahənin tələblərinin ödənilməsi üçün yeni kadrlar hazırlanacaqdır

 

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

2018–2021

7.2.2.

Bərk məişət tullantılarının idarə edilməsi sahəsinə maarifləndirmə işinin gücləndirilməsi (informasiya- yönlü vəsaitlərin (kitablar, metodiki tövsiyələr, broşürlər) nəşri və bu sahədə çalışanlara çatdırılmasının təmin edilməsi, ictimaiyyət arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin həyata keçirilməsi)

maarifləndirmə işləri gücləndiriləcək və informasiyayönlü yeni vəsaitlər nəşr ediləcəkdir

 

İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

 

2018–2022

 

 7.3. Bərk məişət tullantılarının idarə edilməsi üzrə infrastruktur təminatının yaxşılaşdırılması

7.3.1.

Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması sisteminin təkmilləşdirilməsi

xidmətin əhatə dairəsi bütün yaşayış məntəqələrinə doğru genişləndiriləcək, bu sahə yeni texnika və tullantı konteynerləri ilə təchiz ediləcəkdir

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti

 

2018–2022

7.3.2.

Bakı şəhərində çeşidləmə poliqonlarının və ötürücü məntəqələrin tikintisi, irihəcmli tullantıların yığılması mərkəzlərinin yaradılması, maşın və mexanizmlərlə təchiz edilməsi

tullantılar yığılaraq son zərərsizləşdirmə sahəsinə çatdırılacaqdır

İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti

 

2018–2022

7.3.3.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti zamanı əmələ gələn bütün növ tullantıların zərərsizləşdirilməsi məqsədilə Bakı şəhərinin Sabunçu rayonunda müvafiq infrastrukturun yaradılması

ətraf mühitə zərərli təsir minimuma endiriləcək, təhlükəli tullantılar və təhlükəsiz tibbi tullantılar vahid ərazidə zərərsizləşdiriləcəkdir

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

2018–2022

7.3.4.

Bakı şəhərinin ərazisində yaranan söküntü və tikinti tullantılarının utilizasiyası məqsədilə müvafiq infrastrukturun yaradılması

şəhərdə formalaşan söküntü və tikinti tullantıları vahid ərazidə utilizə ediləcəkdir

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi

 

2018–2022

7.3.5.

Bölgələrdə sanitariya poliqonlarının və ötürücü  məntəqələrin layihələndirilməsi və tikintisi

ətraf mühitə zərərli təsir minimuma endiriləcək və bölgələrdə formalaşan məişət tullantıları kompleks şəkildə zərərsizləşdiriləcəkdir

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,  yerli icra hakimiyyəti orqanları

 

2018–2022

7.3.6.

 

Bölgələrdəki tullantı sahələrində (poliqonlarda) təkmilləşdirmə işlərinin aparılması (hasarlama, torpaqlama işləri və sahələrə nəzarətin təşkili)

mövcud tullantı sahələrinə nəzarət gücləndiriləcəkdir

 

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi,  yerli icra hakimiyyəti orqanları

 

2018–2022

 

7.3.7.

Bölgələrdə bərk məişət tullantılarının yığılması və daşınması sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə tullantı daşıyan yük maşınlarının və konteynerlərin sayının artırılması, mövcud infrastrukturun bərpası və yeni infrastruktur obyektlərinin tikintisi, lazımi avadanlıqla təchiz edilməsi

tullantı daşıyan yük maşınlarının və konteynerlərin sayı artırılacaq, mövcud infrastruktur bərpa olunacaq və yeni təsisatlar tikiləcəkdir

 

İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları

 

2018–2022

 7.4. Bərk məişət tullantılarının idarə edilməsinə dövlət dəstəyi tədbirləri

7.4.1.

Bərk məişət tullantılarının idarə edilməsi sahəsinə yerli və xarici investisiyalar cəlb edilməsinin təşviqi və dövlət-sahibkar tərəfdaşlığı modellərinin tətbiqi

idarəetmə sahəsinə yerli və xarici investorlar cəlb olunacaqdır

 

İqtisadiyyat Nazirliyi

2018–2022

7.4.2.

Məişət tullantılarının çeşidlənməsi və təkrar emalı üçün müəssisələr yaradılmasının dəstəklənməsi

yeni təkrar emal müəssisələri yaradıla-caqdır

İqtisadiyyat Nazirliyi

2018–2022

 

01.11.2018 18:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ