Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-dan Venesuelaya "qızıl" sanksiyası

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan Venesuelaya "qızıl" sanksiyası
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Donalald Tramp, Prezident Fərmanı ilə ABŞ Xəzinə Nazirliyinə Venesuelanın qızıl sektoruna sanksiya tətbiq edilməsi göstərişini verib.
 

"Marja" xəbər verir ki, Fərmanda, tətbiq olunacaq sanksiya qərarının, "Venesuela Prezidenti Nikolas Maduro və ətrafının ölkənin sərvətlərini öz maraqları üçün istifadə etdiyi, Venesuelanın təbii sərvətlərini talan etdiyi və venesuelalıların əsas ehtiyaclarını yerinə yetirilməməsi səbəbindən ortaya çıxan regional miqrasiya böhranı" səbəbilə verildiyi qeyd edilib.
 

Reklam_3_11

Prezident Tramp, imzaladığı fərmanla ABŞ Xəzinə Nazirliyinə sanksiyaları digər sahələri əhatə edəcək şəkildə genişləndirmək səlahiyyəti də verib.
 

Sanksiyalar çərçivəsində, amerikalıların Venesuelanın qızıl sektorunda fəaliyyət göstərən və Venesuela hökumətilə birbaşa, ya da dolayı yolla aldadıcı əməliyyatlar aparan fiziki və hüquqi şəxslərlə ticarət əlaqələri qadağan olunacaqdır.
 

ABŞ Xəzinə Nazirliyinin fərman çərçivəsində sanksiya siyahısına daxil ediləcək şəxs və qurumların adlarını yaxın günlərdə açıqlayacağı gözlənilir.
 

İqtisadçılar, Venesuelanın qızıl sektoruna sanksiya tətbiq edilməsinin hazırda çətin günlər keçirən ölkə iqtisadiyyatını daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.

02.11.2018 05:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ