Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Zəmi Günü keçirilib, yeni CLAAS kombaynı təqdim edilib - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zəmi Günü keçirilib, yeni CLAAS kombaynı təqdim edilib - FOTOLAR

(®) Beyləqan rayonunun Türklər kəndi ərazisində Almaniyanın CLAAS şirkəti və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr edilən Zəmi Günü keçirilib. 

 

Tədbirdə texnikanın innovativ imkanları göstərilib, Almaniyadan dəvət olunmuş aqrar mütəxəssislər tərəfindən südlük iribuynuzlu heyvanlar üçün düzgün yem tədarükü, Azərbaycanın iqlim və münbitlik şəraitində yüksək keyfiyyətli yemlərin istehsalı yolları ilə bağlı master-klasslar təşkil olunub.

 

Dünyanın ən yeni silos kombaynlarından olan JAGUAR 850 iş prosesində göstərilib, CLAAS traktorlarının LEMKEN kotanları, diskatorları və əkin texnikası ilə birlikdə manevrliliyi və unikal imkanları praktiki olaraq sınanıb.

 

Tədbiri giriş sözü ilə CLAAS Global Sales GmbH regional ixrac meneceri Vasili Zayder açıb. Daha sonra PPMA GmbH & Co.KG aqro-iqtisadçısı Bernd Henn yemin düzgün qaydada tədarük edilməsi, yüksək keyfiyyətli yemlərin hazırlanması, həmçinin texnoloji olaraq effektiv yem kombaynının seçiminin keyfiyyətli yemin əldə edilməsi üçün vacibliyi ilə bağlı təlim xarakterli master-klass keçirilib.

 

(Biznes-lançdan sonra) CLAAS Global Sales GmbH məhsul meneceri Yorq Vesselman CLAAS JAGUAR 850 kombaynının təqdimatını keçirib və silosbiçən texnika ilə işin incəliklərini göstərib, zəmidə qarğıdalı silosunun biçilməsinin özəlliklərdən danışıb. Bu zaman zəmidəki kombaynların işini tam olaraq izləyən və sənədləşdirən, müştərilərə effektiv şəkildə işgüzar proseslərini qurmağa imkan verən innovativ CLAAS Telematics telemetrik sistemi də təqdim edilib.


Bütün maraqlananlar üçün texnikaya test-drayv təşkil olunub.

 

Texnikanın nümayişindən əlavə, Zəmi Gününün bütün dəvətli ziyarətçilərinə qeyri-rəsmi şəraitdə bir-biri ilə, həmçinin CLAAS şirkətinin Azərbaycandakı servis tərəfdaşı olan “4S şirkətinin nümayəndələri ilə ünsiyyət qurmağa, məhsullar və ehtiyat hissələri ilə bağlı təfsilatlı məlumat almağa, maraq doğuran texnika ilə bağlı biznes-təkliflər almağa tam imkanlar yaradılıb.

 

CLAAS şirkəti kənd təsərrüfatı texnikasının aparıcı istehsalçılarındandır.

 

Zəmi Günü formatlı tədbirin Azərbaycanda bu miqyasda keçirilməsi bir ilkdir. Bundan sonra da davamlı olaraq kənd təsərrüfatı sektorunda inkişaf və innovasiyaları təmin edəcək bu tip tədbirlərin keçirilməsi planlaşdırılır.

02.11.2018 07:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ