Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kapital Bank “Uşaqların internet təhlükəsizliyi” layihəsində iştirak etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank “Uşaqların internet təhlükəsizliyi” layihəsində iştirak etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Kapital Bank, sosial yönümlü fəaliyyətinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılan “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramına (kidsafe) dəstək göstərib. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb, istifadəyə verilib.

 

Reklam_3_11

Bu münasibətlə 1 noyabr 2018-ci il tarixində Kapital Bank ilə Dövlət Komitəsi arasında memorandum imzalandı. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

 

“Son illər rəqəmsallaşma tendensiyaya çevrilib və hamı bu istiqamətdə müəyyən işlər görür. Amma bu zaman uşaqların təhlükəsiz internetdən istifadəsini də unutmamalıyıq. Bunu nəzərə alıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Uşaqların təhlükəsiz interneti” layihəsində iştirak etdik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, həmçinin onların daxil olduğu elektron səhifələr və sorğular barədə valideynlərin məlumatlandırılmasına xidmət edir. Hesab edirəm ki, sadalanan problemlərin aradan qaldırılması, uşaqların inkişafına və təhsilinə müsbət təsir göstərəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

 

Qeyd edək ki, yeni tətbiqi www.kidsafe.az saytından yükləmək olar. Uşaqların proqramdan istifadəsi zamanı keylogger sistemi işə düşəcək və onların daxil olduqları vebsaytlar, proqramlar, həmçinin digər məlumatlar qeyd edilərək, valideynə ötürüləcək.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

02.11.2018 07:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ