Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“TOPAZ”ın yarısı satıldı - ALAN ŞİRKƏT, MƏBLƏĞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“TOPAZ”ın yarısı satıldı - ALAN ŞİRKƏT, MƏBLƏĞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin "Turkcell" şirkəti, “TOPAZ” brendinin sahibi, Azərbaycanın "Azerinteltek" şirkətindəki payını "Baltech Investment" MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra "Baltech İnvestment"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcəkdir. 
 

"Marja" xəbər verir ki, "Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin (İnteltek) kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi. 

 
"Şirkətimizin (Turkcell-in) 55%-nə ortaq olduğu "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin, "Azerinteltek"də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, "Azerinteltek"in 24,5 faiz ilə səhmdarı olan "Baltech Investment"ə  19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilmişdir", - "Turkcell"dən bildirilib.


YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda fəaliyyət göstərmək üçün 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

 

Qeyri-rəsmi məlumata görə, "Azerinteltek"də 75,5% paya malik olacaq "Baltech Investment LLC" şirkəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova məxsusdur.

 

"Azerinteltek" şirkətinin qalan 24,5 faizinin isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olduğu iddia edilir.

02.11.2018 08:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ