Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dubayın lüks otel şəbəkəsi Azərbaycan bazarı ilə maraqlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dubayın lüks otel şəbəkəsi Azərbaycan bazarı ilə maraqlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dubayın lüks otel şəbəkələrindən biri Azərbaycanda otelini açmaq niyyətindədir.

 

Reklam_3_11

Bunu “Marja”ya “New ERA Travel” şirkətinin direktoru Elçin Rüstəmov bildirib.

 

"Dubayın böyük otel şəbəkələrindən biri Azərbaycanda otelinin açılması ilə maraqlanır. Şirkət Azərbaycana investisiya yatırmaq niyyətindədir. Qrupun nümayəndələri ilə ilk görüşümüz May ayında Dubayda oldu. Sentyabr ayında isə şəbəkənin nümayəndələri ölkəmizə gələrək burada bir neçə yer ilə tanış oldular".

 

Elçin Rüstəmov qeyd etdi ki, Dubay şəbəkəsinin Azərbaycan bazarına daxil olması münasib yerin tapılmasından asılı olacaqdır:

 

“Hazırda da danışıqlarımız davam edir. Bakıda mərkəzə yaxın, dəniz mənzərəli, “apartment” üslubunda, 5 ulduzlu, ən azı 60 otağı olan lüks otellə maraqlanırlar. Sentyabrda nümayəndələr ilə bir neçə yerə baxdıq, amma onların istəyinə uyğun yer tapa bilmədik. Hal-hazırda Bakıda yerlər müəyyən edərək, foto və video görüntlərini hazırlayırıq. Bu materialları qarşı tərəfə təqdim edəcəyik. Diqqəti çəkən yerlər olarsa şəbəkə nümayəndələrini növbəti dəfə Azərbaycana göndərəcəkdir. Əgər şəbəkənin standartlarına uyğun otel tapılacaqsa, həmin otel satın alınacaqdır. Bu münkün olmasa yeni otelin tikintisi nəzərdən keçiriləcəkdir”.

02.11.2018 12:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ