Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qadın bankirlər üçün seminar keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qadın bankirlər üçün seminar keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

27 oktyabr 2018-ci il tarixində Park İnn otelində “Women Bankers Club”un (Qadın Bankirlər Klubu) təşkilati dəstəyi ilə Azərbaycanın bank sektorunda çalışan qadın bankirlərinin peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə "Böyük komandaların idarə edilməsi" adlı praktik seminar keçirilib.

 

Reklam_3_11

Seminar 10 ildən artıq İnsan Resursları sahəsində rəhbər vəzifələrdə çalışan, “Kapital Bank” ASC-nin İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Direktoru, sertifikatlaşmış kouç Fərqanə Məmmədova tərəfindən aparılıb.

 

Tədbirin əsas məqsədi klub üzvlərini komandanın dinamikası ilə tanış etmək, komandanın keçdiyi hər bir mərhələnin psixo-sosial əlamətlərini açıqlamaq, liderlik modelləri və onların fərqliliyini göstərmək, komandanın idarə edilməsində kouçinqin effektiv alət olduğunu vurğulamaq idi. Mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı və dinləyicilərin sualları cavablandırıldı. İştirakçılar seminarın əhəmiyyətini vurğulayaraq ondan çox bəhrələndiklərini qeyd etdilər.

 

Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fkir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

 

Qadın Bankirlər Klubu yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəfəq olub.

 

“Women Bankers Club”un fəaliyyəti ilə klubun rəsmi səhifəsinindən https://www.facebook.com/womenbankersclub/ daha yaxın tanış ola bilərsiniz.

02.11.2018 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ