Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan 400 kiloqram qızıl qəbul etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan 400 kiloqram qızıl qəbul etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün əmtəəlik qızılın növbəti partiyası qəbul edilib


 

"Gədəbəy" qızıl filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökümətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 02 noyabr 2018-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

 

Bu barədə "Marja"ya Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

 

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

 

Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.

02.11.2018 15:49

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ