Azercell-in növbəti Eksklüzivi Qazaxda

Azərbaycan telekommunikasiya bazarında liderliyini qoruyan, daima texnoloji yenilikləri tətbiq edən, bütün müasir xidmətləri abunəçiləri üçün mümkün edən “Azercell Telekom” MMC rahatlığı və innovativ tərzi ilə seçilən növbəti Eksklüziv mağazasını istifadəyə verib.

 

Müştəri xidməti sahəsində hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkətin Qazax rayonu, Firuddin Şamoyev küçəsi, 1A ünvanında açılan mağazası ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil edilib. Mağazada abunəçilər müştəri xdimətlərində edilən əksər əməliyyatları, telefon danışığına görə ödəmələri həyata keçirə və istədikləri mobil cihazlarları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Mağazanın açılışında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

 

Digər ekskluziv mağazalarda olduğu kimi, Azercell Qazaxdakı müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir.  Belə ki, 2 noyabrdan etibarən 7 gün müddətində Qazax Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

 

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küç. 265) və Ağcabədidə (Ü. Hacıbəyli pr., 68) abunəçilərin ixtiyarına verilib.

3 Noyabr 2018 , 12:27   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin