Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Koroğlu" şirkətində mənimsəmə

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Koroğlu" şirkətində mənimsəmə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Koroğlu" MMC-nin işçisi şirkətin 52 min manat pulunu mənimsədiyinə görə tutulub


 

Bərdə rayonunda şirkət işçisi polis tərəfindən saxlanılıb.

 

Hüquq-mühafizə orqanlarından əldə edilmiş məlumata görə, rayonun Mirzə Ələkbər Sabir küçəsində yerləşən "Koroğlu" MMC-nin işçisi, Bərdə şəhər sakini Cəfərov Müşfiq Hümbət oğlu MMC-yə məxsus 52 min manat pulu mənimsəyib.

 

O, şirkətin pullarını yaşadığı evə aparacağı adı ilə 52 min manatı özü ilə götürüb. Sonra isə şirkətin rəhbərliyinə MMC-yə məxsus "Mercedes" markalı avtomobil ilə Yevlax-Ağdam avtomobil yolunun 20-ci kilometrliyində yol qəzasına düşdüyünü, qəzadan sonra huşunu itirdiyini, bu zaman pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

 

Faktla əlaqədar Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Cəfərov Müşviq Hümbət oğlu "Koroğlu" MMC-yə məxsus 52 min manat pulu gizli yolla talayıb ələ keçirmək məqsədilə ilə MMC-nin ofisindən həmin miqdarda pulu götürdükdən sonra vəsaiti Ağdam rayonunun İmamqulubəyli kəndində yaşayan bacanağı İbrahimov Vüqar Qənaət oğlunun yaşadığı evdə gizlədib. Sonra isə Bərdə rayonunda qeyd olunan ərazidə süni avtoqəza şərait yaradıb və şirkətə 52 min manat pulun oğurlandığını deyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Cəfərov şübhəli şəxs qismində saxlanılıb və maddi sübut olan əskinaslar aşkar edilərək istintaqa təqdim edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

03.11.2018 13:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ