Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ləkidən Rusiya bazarlarına göndərilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ləkidən Rusiya bazarlarına göndərilir

Ağdaş rayonunun Ləki kənd sakini Baqi Şıxməmmədov uzun illərdir ki, bağçılıqla məşğuldur və fərdi təsərrüfatında heyva yetişdirir.

 

Reklam_3_11

Ağdaş torpağının heyva ağacı üçün əlverişli olduğunu bildirən B.Şıxməmmədov heyvanı bütün meyvələrin şahı adlandırıb. Hər ilin payızında, bu meyvənin yetişdiyi oktyabr ayında müxtəlif yerlərdən sifarişlər aldığını deyən bağban məhsulu yerli bazarda satmaqla yanaşı, xarici bazarlara, xüsusən Rusiyaya da göndərir.

 

O, heyvanın insan orqanizmi, sağlamlığı üçün faydasından çox adamın məlumatsız olduğunu təəssüflə qeyd edərək deyib: “Dərilib qoyulduğu otaqda qeyri-adi xoş ətri ilə insanda gözəl əhval-ruhiyyə yaradan heyva öz tərkibinə görə bir çox xəstəliklərin təbii dərmanıdır. Heyva ta qədimdən Şərq ölkələrində becərilən və xalq təbabətində istifadə olunan meyvədir. Tərkibi vitaminlərlə zəngin olan heyvanın yarpaqlarını qurudub çay kimi dəmləyərək ürəkağrısında sakitləşdirici dərman kimi içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətləndirici, həzm prosesini yaxşılaşdıran dərman kimi çox xeyirlidir. Meyvəsini inək yağında bişirib nəfəs yolu xəstəliklərində, vərəm xəstəliyində yeyirlər. Heyva güclü sidikqovucu sayılır, mədə-bağırsaq sistemində problemləri olanlar meyvəsindən faydalana bilərlər. Bu meyvə qan azlığı olanlar üçün də çox faydalıdır”.

 

Bağbanın sözlərinə görə, orqanizmdə gedən qocalma prosesini ləngidən heyvanın nadir antivirus xüsusiyyətləri var ki, bu, qrip və soyuqdəymədə istifadə olunur. Bu zaman heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul edilməlidir. Ümumiyyətlə, heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş halda qəbul etmək daha yaxşıdır.

 

Heyvanın qədim zamanlardan kosmetologiyada, o cümlədən onun şirəsindən yağlı dərinin təmizlənməsində və çillərlə mübarizədə istifadə edildiyini söyləyən B.Şıxməmmədov hazırda mövcud olan 0,30 hektar bağı genişləndirməyi nəzərdə tutduğunu bildirib.

 

Qeyd edək ki, Ağdaş rayonunda gəlirli sahə hesab olunan heyvaçılığın inkişafı və məhsul istehsalının ildən-ilə artırılması daim diqqət mərkəzində saxlanılır. Əvvəllər heyvaçılıq rayonu kimi tanınan Ağdaşın bu meyvə ilə bağlı şöhrətinin geri qaytarılması üçün mühüm işlər görülür. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar.

 

Heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi sayılır. Kəndlilər heyvanın 15 sortunu (“Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və s.) yetişdirirlər.

 

İnsan sağlamlığı üçün xeyirli meyvə olan heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

04.11.2018 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ