“Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” korporativ müştərilərinin sayını ildən-ilə arıtırır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, mobil operatorun korporativ müştərilərinin sayı 150% artıb.

 

“Nar” korporativ müştəriləri üçün yeni təklifləri təqdim edir. İndi “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri sərfəli şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilər. Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün 1 “Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir.

 

İnternetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.

 

“Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, “WTTx”  cihazı (“Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz “Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər. “Nar” korporativ müştərisi olmaqla, sahibkarlar öz biznes tələblərinə ən uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər.

 

Korporativ təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün “Nar” nömrələrindən 777 qısa nömrəsinə zəng edə və ya [email protected] elektron poçtuna yaza bilərsiniz.

04.11.2018 14:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ