Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Koroğlu” şirkətindən "mənimsəmə" açıqlaması!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Koroğlu” şirkətindən "mənimsəmə" açıqlaması!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daxili İşlər Nazirliyi (DİN) “Koroğlu” MMC-nin işçisinin şirkətin 52 min manat pulunu mənimsəməsi barədə məlumat yayıb.

 

Reklam_3_11

DİN-in Mətbuat xidmətindən verilən  məlumatda bildirilib ki, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.

 

Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.

 

M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.

 

Qeyd edək ki, "Koroğlu" MMC Azərbaycanda qənnadı məmulatlarının istehsalı və satışı üzrə ixtisaslaşıb. 

05.11.2018 09:13

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ