Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ulaq təsərrüfatı ilə bağlı laboratoriya nəticələri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ulaq təsərrüfatı ilə bağlı laboratoriya nəticələri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Laborator müayinələr nəticəsində ulaq təsərrüfatının sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığı aşkar olundu


 

Məlumat verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilmiş və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdi.

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus)  aşkar edilmişdir.

 

"Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir" -Qida Təhlükəsizliyi Agentliyinin bu gün yaydığı açıqlamada deyilir.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

"Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunmuşdur".

 

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilmişdir.

05.11.2018 09:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ