Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Banklar Assosiasiyası Mərkəzi Bankla foruma hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar Assosiasiyası Mərkəzi Bankla foruma hazırlaşır

Azərbaycan Respublikasının Mərkəzi Bankında Banklar Assosiasiyası (ABA) ilə birlikdə cari ilin 15-16 noyabr tarixlərində keçiriləcək  "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumuna hazırlıq çərçivəsində görüş keçirilmişdir.


Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumata görə, görüş zamanı foruma hazırlıqla əlaqədar təşkilati məsələlərə, panel müzakirələrinin mövzularına baxış keçirilmiş,  forumun uğurlu və müvəffəqiyyətlə keçirilməsi üçün hazırlanmış fəaliyyət planı ətraflı müzakirə edilmişdir. 


Qeyd edək ki, forumun panel müzakirələrində  Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” da nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə mövzulara yer veriləcəkdir. Belə ki,  forumda Mərkəzi Bank  tərəfindən reallaşdırılan “Dövlət Proqramı – strateji hədəflər, qarşıya qoyulan vəzifələr”, “Blokçeyn əsaslı rəqəmsal identifikasiya sistemi”, “Ani ödənişlər sistemi” və digər bu kimi aktual mövzularda təqdimatlar keçiriləcəkdir. 


YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Bu il sayca üçüncüsü baş tutacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəkdir. Eyni zamanda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı otuza yaxın mövzu ətrafında təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaqdır. 

 

05.11.2018 11:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ