Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Normadan artıq yağıntılar kələmi də bahalaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Normadan artıq yağıntılar kələmi də bahalaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Astarada sahələrdəki kələm zay olub.  Normadan artıq yağıntılar və kanalların təmizlənməməsi nəticəsində  məhsuldarlığı da çox aşağı salıb.

 

"Marja" xəbər verir ki, məyus olan təsərrüfat sahiblərindən biri Rafiq Əsədullayevdir:

 

“Bu il 3.5 hektar sahədə kələm əkmişəm. Məhsuldarlıq demək olar ki, yoxdur. Tez-tez leysan yağması və kanalların olmaması məhsuldarlığı kəskin aşağı salıb. Keçən il hava əlverişli olduğundan yüksək məhsul götürə bildik. Bu sahəyə 3000 min manat vəsait sərf etmişəm. İndi maya dəyərimi heç götürə bilməyəcəm.

 

Yağıntılar ilə bərabər kanalların olmaması fermerlərin işini br qədər də çətinləşdirir:

 

“Yayda əkin vaxtı su çatışmazlığı ilə qarşılaşırıq, qışda isə subasmadan. Həddindən artıq yağan yağışlar nəticəsində sahələri su basıb.Əgər kanalları vaxtında qazılsa, belə problem olmaz. Kələm 2-3 kq olmalıdır, indi çəkisi 300-500 qramdır. Neçə aydır inkişaf etmir. Ona görə, ki vaxtında buna su verilməyib, indi də sahələr suyun içindədir. Əgər kələm sahələrində su yığılıb qalarsa məhsulu məhv edir”.

 

Məhsuldarlıq aşağı olduğundan qiymət yüksəlib:

 

Biz məhsullarımızı daxili bazara tədarük edirik. Hal-hazırda qiymət 60-70 qəpikdir. Məhsul çox olan illər olub, 15-20 qəpiyə, həta 6 qəpiyə satmışıq”.

 

Qeyd edək ki, kələmi becərilməsində mineral gübrələrdən demək olar ki, istifadə olnmur. Becərilmə şərtləri də sərfəlidir.

20.02.2017 04:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ