Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ Türkiyəyə 6 ay möhlət verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Türkiyəyə 6 ay möhlət verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın Xarici İşlər Naziri Mike Pompeo, Türkiyənin 8 ölkə ilə birlikdə İran sanksiyalarından azad olunan ölkələrdən biri olduğunu açıqlayıb. Türkiyə İrandan neft və qaz aldığına görə cəzalandırılmayacaq.


 

ABŞ-ın Xarici İşlər Naziri Mike Pompeo İran sanksiyaları ilə bağlı olaraq "Türkiyəyə də möhlət veririk" açıqlamasını edib.

 

Xəbər verdiyimiz kimi, bugündən ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar İrandan neft və qazın alnmasını da qadağan edir. Lakin bu qadağa Türkiyəyə də aid olmayacaqdır. Möhlət müddəti 6 aydır. 

 

"Neft idxalında möhlət verilən 8 ölkə arasında Türkiyə də var", - Pompeo deyib. 

 

"Burada diqqət edilməsi lazım olan bir şey var. İrana sanksiyalar davam edəcək və cəzalar da olacaq. İranla iş görmək pis nəticələr doğuracaqdır. 20-dən çox ölkə onsuz da neft alışını 1 milyon barrel azaldıb. Maydan bəri İranın neft gəlirləri düşüb",- Pompeo əlavə edib.

 

ABŞ-ın Xəzinə Naziri Mnuchin açıqlamasında bildirib ki, İrana tətbiq edilən sanksiyalar bu günə qədər görünməmiş sanksiyalardır: "ABŞ-ın iqtisadi təzyiqinin İran üzərində ən yüksək səviyyədə olduğunu deyə bilərəm. İran rejimi artan bir maliyyə izolyasiyasına məruz qalacaq. İran terroru dəstəkləyir və regionda pis hərəkətləri var. İranın bunlara son qoyması lazımdır".

 

Açıqlamadan sonra Dollar/TL məzənnəsi 5.4187 səviyyəsinə düşüb (saat 17:50-yə olan məlumat).

05.11.2018 14:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ