Ağdamda 35 subartezian quyusu qazılacaq - PUL AYRILDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən, Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon manat ayrılıb.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Ağdam rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı  

 

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı

Əhalinin

sayı

 

Mərzili kəndi

(Ergi yaşayış massivi)

5

1195

 

Alıbəyli kəndi

4

1826

 

Çəmənli kəndi

4

3445

 

Qərvənd kəndi

3

926

 

Hacıturalı kəndi

2

664

 

Təzəkənd kəndi

2

447

 

Zəngişalı kəndi

2

2516

 

Çullu kəndi

(İmamqulubəyli kənd İƏD)

1

828

 

Evoğlu kəndi

1

1355

10.

Eyvazlı kəndi

1

614

11.

Əfətli kəndi

1

808

12.

Hacıməmmədli kəndi

1

779

13.

Xındırıstan kəndi

1

841

14.

İmamqulubəyli kəndi

1

1262

15. 

Küdürlü kəndi

1

174

16.

Quzanlı qəsəbəsi

1

3236

17.

Mahrızlı kəndi

1

1923

18.

Orta Qışlaq kəndi

1

846

19.

Paşabəyli kəndi

1

739

20.  

Sarıcalı kəndi

1

1841

Cəmi

35

26265

5 Noyabr 2018 , 18:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin