Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Heç bir il bu qədər ucuz olmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heç bir il bu qədər ucuz olmayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Soğan pula getmir.

 

Reklam_3_11

Ağdamda minlərlə ton soğan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Kisələrlə soğan anbarlarda qalıb.

 

“Marja” xəbər verir ki, ötən il Ağdamda fermerlər sahələrdən bol məhsul əldə etsələr də, hələ də soğanı sata bilməyiblər. Mirəşirli, Əhmədağalı və Çəmənli kəndlərində demək olar ki, hər bir evdə tonlarla soğan var.

 

“Bu il soğan pula getmir. Bir kisədə 30 kq soğan olur.  Deyirlər ki, seçilmiş soğanın kisəsini 2 manatdan, seçilməmiş soğanın kisəsini isə 1 manat və 1 manat 50 qəpikdən ala bilərik. Halbuki, bir kisə soğan bizə 2.5-3 manata başa gəlib. Düzdür soğan 2-3 ildən bir ucuz olur. Amma soğan heç bir il bu qədər ucuz olmayıb”,- fermerlərdən biri deyir.

 

“Bu il 70 hektar soğan əkmişdik. Sahədən 1000 kisə soğan götürmüşük, ondan cəmi 400 kisə satmışıq. Bunu əkməyi, toxumu, səpini, suvarılması və s. puldur. Amma soğan pula getmir”,- digər bir fermer deyir.

 

Rayonda maya dəyəri 4 milyon manat olan 25 min ton soğan məhv olmaq təhlükəsi ilə üz-üzədir.

  

 Rayon kənd təsərrüfatı idarəsi bildirir ki,hazırda soğanın satılması üçün yollar axtarılır. Rayonda saxlama kameraların olmaması da vəziyyəti çətinləşdirir.

 

20.02.2017 05:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ