Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ruhani: Sanksiyaların rahatlıqla öhdəsindən gələcəyik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ruhani: Sanksiyaların rahatlıqla öhdəsindən gələcəyik

İran Prezidenti Həsən Ruhani, ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların "rahatlıqla öhdəsindən gələcəklərini" qeyd edərək, "İrana qarşı zorakılıq, hədə və sanksiya dilində danışmaması lazım olduğunu ABŞ-a öyrədəcəyik",- deyib.
 
 
 "Marja" xəbər verir ki, ABŞ-ın sanksiyalar ilə başqa şirkətlərə, xalqlara və dövlətlərə təzyiq etdiyini vurğulayan Ruhani, təkcə özlərinin deyil, Avropa Birliyi (AB) ölkələri və şirkətlərinin də Vaşinqton rəhbərliyinə qəzəbli olduğunu deyib.
 

Dünyadakı hər bir dövlətin siyasi mövqeyinin, o ölkəyə olan inam və verdiyi sözlərə olan hörməti ilə əlaqəli olduğunu qeyd edən Ruhani, "ABŞ yeni prosesdə verdiyi bir çox sözləri ayaqlar altına atıb. Qanunlara və qərarlara sadiq olmayan bir dövlət, digər dövlətləri də əmin-amanlıq, sabitlik və təhlükəsizliyə dəvət edə bilməz",- deyib.
 

Reklam_3_11

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Ruhani, "Sanksiyaların rahatlıqla öhdəsindən gələcəyik. Millətimizin birliyi və bərabərliyi ilə, İrana qarşı zorakılıq, hədə və sanksiya dilində danışmaması lazım olduğunu ABŞ-a öyrədəcəyik. ABŞ-ın, qədim bir millətə qarşı hər gün yeni bir bəhanə ilə qoçaqlıq göstərməsi qəbul edilməzdir", - deyib.

06.11.2018 05:05

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ