Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fırıldaqçılara qarşı “ağıllı” bankomat düzəldilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fırıldaqçılara qarşı “ağıllı” bankomat düzəldilib

Yaponiyanın “Hitachi-Omron Terminal Solutions” şirkəti fırıldaqçılara qarşı mübarizə məqsədilə süni intellktə malik bankomat düzəldib.

 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Yeni bankomat yalnız görüntünü qeydə alan yox, həmçinin müştərinin hərəkətlərini təhlil edən bir neçə kamera ilə təchiz olunub. Məsələn, əgər müştəri əməliyyat zamanı telefonla danışırsa, bu zaman bankomat işi dayandırır və ekranda bu barədə müvafiq məlumat öz əksini tapır. Eyni hadisə bankomata qara eynək, maska və ya sifətin cizgilərini gizlədən digər örtük taxmış müştəri yaxınlaşan zaman da baş verir. Əvvəlcə onlara həmin aksesuarları çıxarmaq təklif edilir, müvafiq tələb yerinə yetirilmədiyi halda əməliyyatın aparılmasına icazə verilmir.

 

Yeni texnologiyanı daha da təkmilləşdirməyi planlaşdıran şirkət 2019-cu ildən sonra bu bankomatların kommersiya istehsalına başlamağı planlaşdırır.

 

Bu aparatların ilk ictimai sınaqları Aiçi prefekturasında aparılıb. “Bankomatların yeni funksiyaları özlüyündə cinayətin qarşısını alır. Bu baxımdan o, çox səmərəlidir”, - deyə prefektura polisinin rəhbəri bildirib.

 

Yaponiya polisinin və hakimiyyət orqanlarının fəal cəhdlərinə baxmayaraq, ölkədə bankomatlarla bağlı fırıldaq və mənimsəmə halları tez-tez baş verir. Təkcə cari ilin birinci yarısında həmin fırıldaqçıların hərəkətlərindən ölkə vətəndaşları 1 milyard yen (təqribən 9,5 milyon dollar) zərər çəkiblər.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Azərtac

06.11.2018 06:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ