Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Yüksək məbləğli əmanətlərin banklardan götürüləcəyi riski var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yüksək məbləğli əmanətlərin banklardan götürüləcəyi riski var"

5 ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşür. Belə ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, 3 il müddətində tam sığortalanır.

 

Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq:

 

“Bu qanun 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım kimi qəbul olundu.

 

Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qaytarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütləvi çəkilməsi baş verə bilərdi”.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Ekspert qanunun daha 3 il müddətinə qüvvədə olmasını təklif edib:

 

“Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq, əmanətlərin tam sığortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur. Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsiatlərini banklardan götürmə riski aradan qalxar”.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Modern

06.11.2018 07:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ