Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Bakı üçün 1700 avtobus lazımdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı üçün 1700 avtobus lazımdır"

Bakı üçün 1700 avtobus lazımdır. Say 2100-dən 1700-ə endiriləcək.

 

"Marja" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli bildirib.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

"Bizim planlaşdırdığımız strategiya var. Hazırda Bakıda 2100 avtobus fəaliyyət göstərir. 2100 avtobusun bir çoxu təkrarlanır. Bu ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur.  İkincisi, ekologiyanın çirklənməsidir. Ölkə rəhbəliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazdan, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulub. Bu, bizim təklifimizdir. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir az çox avtobus sıxılmış təbii qazla işləyən avtobuslar olacaq. Hər il mərhələli şəkildə avtobus parkını yeniləməkdə davam edəcəyik. Bizim mütəxəssislərimizin hesablamalarına görə, Bakı üçün 1700 avtobus lazımdır. Say 2100-dən 1700-ə endiriləcək. Bu da xətlərin optimizasiyası, dayanacaq yerlərinin dəyişdirilməsi, yeni yolların salınması, müəyyən marşrut xətlərinin uzadılması, bəzilərinin xətdən çıxarılması hesabına baş verəcək. Biz bunları 3 il ərzində reallaşdırmağı planlayırıq. Biz işə başlayanda cəmi iki daşıyıcının qaraj təsərrüfatı vardı. Bu gün 11-ə yaxın daşıyıcı həm hüquqi şəxs statusuna keçib, həm də qaraj təsərrüfatı var. Tələblər qəbul olunduqdan sonra hansılarla yola davam edəcəyimizi aydınlaşdırcağıq. Biz daşıyıcılarla görüşlərdə də demişik ki, bizim istəyimiz vətəndaşın rahat, təhlükəsiz, üzügülər şəkildə mənzil başına çatmasıdır. Hazırda daşıyıcılar bunu təmin edə bilmir. Demək edə bilmirsə, dövlətimiz bunun qeydinə qalacaq və tam nəzarətə götürəcək. Bundan heç bir şübhəniz olmasın",- Vüsal Kərmli deyib. 

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Modern

06.11.2018 07:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ