Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İranın neft ixracını sıfıra endirə bilərəm, ancaq bu bazarlarda şoka səbəb olar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İranın neft ixracını sıfıra endirə bilərəm, ancaq bu bazarlarda şoka səbəb olar"

Trump: Dünyada neft qiymətlərinin qalxmasını istəmirəm



 
ABŞ Prezidenti Donald Tramp, İranın neft ticarətinə qarşı sanksiyaları mərhələli şəkildə həyata keçirəcəklərini və dünyada neft qiymətlərinin yüksəlməsini istəmədiyini deyib.
 

Reklam_3_11

"Marja" xəbər verir ki, Ağ Evin bağçasında İran sanksiyalarına dair bəyanatlar verən Tramp deyib:
 

"İrana qarşı çox güclü və sərt bir mövqedəyik. İrana qarşı bu günə qədərki ən güclü sanksiyaları tətbiq etmişik. Ancaq neft məsələsində bir az yavaş getmək istəyirik, dünyada neft qiymətlərinin qalxmasını istəmirəm",- ifadəsini istifadə edib.
 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

Neft qiymətləri məsələsində ABŞ-ın təmkinli mövqe tutacağı siqnalını verən Tramp, "Bunun İran ilə bir əlaqəsi yoxdur, İranın neft ixracını dərhal sıfıra endirə bilərəm, ancaq o zaman bazarlarda bir şoka səbəb olar. Neft qiymətlərinin qalxmasını istəmirəm",- deyib.
 

ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi dünən rəsmən qüvvəyə minib. ABŞ-ın Xarici İşlər Naziri Mike Pompeo, ikinci sanksiya paketində neft idxalına dair 8 ölkəyə müvəqqəti sərbəstlik veriləcəyini açıqlayıb.
 

Pompeo, Türkiyə, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvana müvəqqəti (180 gün) möhlət verəcəklərini bildirib. Bu ölkələr İrandan neft almaqda davam edəcəklər.
 

İkinci sanksiya paketi çərçivəsində ABŞ, 50 İran bankı ilə 700-dən  çox şirkət və insanı sanksiya siyahısına əlavə edib.

06.11.2018 07:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ