"İranın neft ixracını sıfıra endirə bilərəm, ancaq bu bazarlarda şoka səbəb olar"
Trump: Dünyada neft qiymətlərinin qalxmasını istəmirəm
ABŞ Prezidenti Donald Tramp, İranın neft ticarətinə qarşı sanksiyaları mərhələli şəkildə həyata keçirəcəklərini və dünyada neft qiymətlərinin yüksəlməsini istəmədiyini deyib.
"Marja" xəbər verir ki, Ağ Evin bağçasında İran sanksiyalarına dair bəyanatlar verən Tramp deyib:
"İrana qarşı çox güclü və sərt bir mövqedəyik. İrana qarşı bu günə qədərki ən güclü sanksiyaları tətbiq etmişik. Ancaq neft məsələsində bir az yavaş getmək istəyirik, dünyada neft qiymətlərinin qalxmasını istəmirəm",- ifadəsini istifadə edib.
ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ
Neft qiymətləri məsələsində ABŞ-ın təmkinli mövqe tutacağı siqnalını verən Tramp, "Bunun İran ilə bir əlaqəsi yoxdur, İranın neft ixracını dərhal sıfıra endirə bilərəm, ancaq o zaman bazarlarda bir şoka səbəb olar. Neft qiymətlərinin qalxmasını istəmirəm",- deyib.
ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi dünən rəsmən qüvvəyə minib. ABŞ-ın Xarici İşlər Naziri Mike Pompeo, ikinci sanksiya paketində neft idxalına dair 8 ölkəyə müvəqqəti sərbəstlik veriləcəyini açıqlayıb.
Pompeo, Türkiyə, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Tayvana müvəqqəti (180 gün) möhlət verəcəklərini bildirib. Bu ölkələr İrandan neft almaqda davam edəcəklər.
İkinci sanksiya paketi çərçivəsində ABŞ, 50 İran bankı ilə 700-dən çox şirkət və insanı sanksiya siyahısına əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
22 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
22 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
22 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 23 saat əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ