Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Ukraynada gərginlik yenidən yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukraynada gərginlik yenidən yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukraynada rusiyapərəst separatçıların nəzarətində olan Donbas regionu ilə ticarət əlaqəsinin tamamilə kəsilməsini istəyən etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında dava çıxıb.


 
 Paytaxt Kiyevdə hakimiyyət əleyhinə etiraz keçirmək istəyən qrup, Ukrayna Prezident binasına doğru yeriməyə başlayanda polisin müdaxiləsi ilə qarşılaşıb.

Reklam_3_11


 
 Etirazçıların, Prezident aparatına gedən Bankova küçəsində keçidə mane olmaq üçün qoyulan baryerləri dağıtmağa çalışması ilə, nümayişçi qrup ilə polis arasında dava-dalaş baş verib.


 
 Qızıl xaç könüllüləri, hadisələrdə 2-si ağır olmaqla 10 nəfərin yaralandığını bildirib.


 
 Kiyev polisi isə bir polis məmurunun ağır yaralandığını bildirərək, nümayişçilərin liderlərindən Nikolay Kohanivski və bəzi etirazçıların nəzarət altına alındığını açıqlayıb.


 
 Keçən ayın sonunda bəzi Ukraynalı qrupların, separatçıların iqtisadiyyatına zərbə vurmaq və bu səbəblə də dəmir yollarını kəsərək kömür daşıyan qatarların keçidinə mane olması, Ukraynada elektrik stansiyalarında kömür ehtiyacının yaranmasına yol açmışdı.


 
 Ukraynanın Baş Naziri Vladimir Groysman, elektrik stansiyalarının tələbatını ödəyəcək kömürün azalması səbəbindən enerjidə fövqəladə vəziyyət elan edildiyini bildirmişdi. Groysman, blokada həyata keçirən etirazçıların cinayət törətdiyini bildirərək, hərəkətlərinə son verməsini istəmişdi.


 
 Ukrayna Təhlükəsizlik Xidməti, meydan hadisələrinin üçüncü ildönümü səbəbilə 18-22 Fevral tarixlərində ölkə daxilində təxribatlar baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.

20.02.2017 05:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ