Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AccessBank tələbə təqaüd proqramını elan edir!

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank tələbə təqaüd proqramını elan edir!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır.

 

Tələbə təqaüd proqramı üzrə seçilmiş 10 tələbə növbəti semestr ərzində aylıq 100 AZN təqaüd alacaq.

 

Bununla yanaşı, həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə edəcək. Müsabiqə 2018-2019-cu tədris ili üzrə, bütün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin III və IV kurslarında, iqtisadiyyat yönümlü ixtisaslarında təhsil alan tələbələr arasında keçirilir.

 

Seçim turu dörd mərhələdən ibarətdir.

 

Birinci seçim mərhələsi

 

Birinci seçim mərhələsi noyabrın 18-dək davam edəcək. Qeyd olunmuş şərtlərə uyğun tələbələr iştirak üçün onlayn ərizə formasını doldurmalıdır.

 

İkinci seçim mərhələsi

 

Ərizə formasının qiymətləndirilməsi əsasında ikinci mərhələyə keçmiş tələbələrin məntiq və riyazi bilikləri yoxlanılacaq. Tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandıracaq. Növbəti mərhələyə keçid balı bütün namizədlərin nəticələri məlum olduqdan sonra AccessBank tərəfindən təyin olunacaq.

 

Üçüncü seçim mərhələsi

 

Üçüncü tur ingilis dilində müxtəlif mövzularda esselərin yazılmasından ibarət olacaq. Esselərin qiymətləndirilməsi aparılaraq mövzu ilə bağlı ən uyğun yazmış tələbələr sonuncu mərhələyə çağırılır.

 

Dördüncü seçim mərhələsi

 

Müsabiqənin sonuncu turu üz-üzə müsahibələr yolu ilə keçiriləcək. Müsahibəni AccessBank-ın əməkdaşlarından ibarət xüsusi komanda həyata keçirəcək. Komandanın tərkibinə müxtəlif sahələrdən olan mütəxəssislər daxildir. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar veriləcək. Hər bir namizəd üçün suallar fərqli ola bilər.

 

Hər bir seçim mərhələsi və yeniliklərlə bağlı məlumatlar namizədlərin şəxsi elektron poçt ünvanları ilə yanaşı, Bankın rəsmi məlumat kanalları (vebsayt, Facebook, Instagram, Twitter, LinkedIn) vasitəsilə də elan ediləcək.

 

Qoy, bilikli olan qazansın!

06.11.2018 07:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ