Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bakıda daha 3 filialımızı müştərilərin ixtiyarına verəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakıda daha 3 filialımızı müştərilərin ixtiyarına verəcəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank hazırda 100-dən artıq yerdə müştərilərə keyfiyyətli xidmət göstərir. 2018-ci ilin sonunadək paytaxt Bakıda daha 3 filialımızı müştərilərin ixtiyarına verəcəyik.

 

"Marja" xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib. 

 

"Yeni filiallar "Badamdar", "Sahil" filialları və Neftçilər Kart Mərkəzidir. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

Rövşən Allahverdiyev qeyd edib ki, 2018-ci ildə xidmət nöqtələrinin sayı artırılıb: "Füzuli, Ağdaş, İmişli və Gənclik Mall filiallarımızı və bir neçə şöbəmizi yenilədik, həmçinin Gəncə Kart Mərkəzi, Şimal və Bravo 2 filiallarının açılışını həyata keçirdik. Bildiyiniz kimi, 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam bizim nəzarətimizə keçdi. Ölkə prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün prezidentin ehtiyat fondundan vəsait ayırdı və 2017-ci ildə “Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı. Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan Kapital Bank, həmçinin, Cocuq Mərcanlı sakinlərinə xidmət göstərməyə başladı. Artıq həmin kəndə də Kapital Bank-ın bankomatı quraşdırılıb. Ümumiyyətlə, tərəfimizdən son 2 il ərzində cəbhəyanı zonada yerləşən Füzuli filialı ilə yanaşı, Ağdam, Tərtər və Ağcabədi filialları da yeniləyərək müştərilərin ixtiyarına verilib".

 

2018-ci ilin üçüncü rübünü yüksək maliyyə göstəriciləri ilə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev nailiyyətlərin əldə olunması və növbəti illər üçün olan strateji hədəflərdən danışıb. Daha ətraflı: “Rəqəmsal bankçılığa keçid - ən mühüm hədəfimizdir"

06.11.2018 07:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ