Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Türkiyəyə çay ixrac edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Türkiyəyə çay ixrac edəcək

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.


Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

 

Məlumata görə, ixrac missiyasında Naxçıvan MR-da qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

 

Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar.

 

Görüşlər zamanı türk iş adamlarına təqdim olunan Azərbaycan məhsulları türk şirkətləri tərəfindən maraqla qarşılanıb və ixraca dair ilkin razılıqlar əldə olunub.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Belə ki, Azərbaycanın “Farma-Şah” MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib. Bundan başqa, “Naxçıvan Sement Zavodu” MMC ilə “BASF Türkiyə” şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb.

 

Türkiyənin “Koç Mermer Granit” şirkətinin tikinti layihələri üçün Azərbaycanın “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. “Cahan Pen” MMC və “Cahan Sənaye Kompleksi” MMC şirkətləri ilə Türkiyənin “Gema” və “Marmara” plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

 

Növbəti ixrac missiyası 6-9 noyabr tarixlərində Bolqarıstana təşkil ediləcək.

06.11.2018 08:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ