Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"BirBank" və "BirKart" istifadəçilərinin sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BirBank" və "BirKart" istifadəçilərinin sayı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Hazırda 300 000-ə yaxın BirBank istifadəçisi var ki, bu da Azərbaycan üzrə ən yüksək nəticələrdən hesab olunur.  

 

"Marja" xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib. 


Bankın sədrinin sözlərinə görə, riteyl bazara daxil olub, inkişaf etmək üçün müştərilərin arzu və istəklərini maksimum dərəcədə reallaşdıra biləcək məhsulun olması önəmlidir: "Bunu nəzərə alaraq, biz BirKart məhsulunun 3 çeşidini müştərilərə təqdim etdik. Filiallar, sayt və qısa nömrə vasitəsilə olan müraciətlərdən belə aydın olur ki, BirKart-ın hər 3 növü – taksit, taksit/cashback və taksit/miles müştərilərimiz tərəfindən rəğbətlə qarşılanır. 2018-ci ildə “Hər kəsə, hər istəyə BirKart” şüarı ilə Kapital Bank-dan məvacib və pensiya almayanlara da bu məhsulumuzu təqdim etməyə başladıq. Artıq 300 000-ə yaxın müştərinin BirKart-ı var və bu göstərici günbəgün artır. Xüsusi olaraq, Miles kartını qeyd etmək istərdim – bu kart vasitəsilə müştərilərimiz nağdsız ödəniş etdikdə, bonus olaraq millər toplaya və bu milləri təyyarə biletinə dəyişə bilərlər. Bu kartın rəqiblərindən fərqi ondadır ki, toplanan milləri istənilən aviaşirkətin biletinə dəyişmək mümkündür".

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Rövşən Allahverdiyev əlavə edib ki, BirKart-ın taksit növü də müştərilərimiz tərəfindən bəyənilir: "Bu kart vasitəsilə partnyor mağazalarda istənilən məhsulu alıb, qiymət fərqi olmadan, yəni nağd qiyməti bərabər hissələrə bölərək, aylıq ödəniş etmək mümkündür. BirKart müştəriləri ilə yanaşı il ərzində partnyorlarımız üçün də müxtəlif hədiyyəli aksiyalar və müxtəlif tədbirlər keçirdik. Hazırda BirKart-ın 1000-dək tərəfdaş mağazası mövcuddur. 2019-cu ildə paytaxt Bakı ilə yanaşı regionlardakı partnyor şəbəkəmizi genişləndirməyi planlaşdırırıq".

 

2018-ci ilin üçüncü rübünü yüksək maliyyə göstəriciləri ilə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev nailiyyətlərin əldə olunması və növbəti illər üçün olan strateji hədəflərdən danışıb. Daha ətraflı: “Rəqəmsal bankçılığa keçid - ən mühüm hədəfimizdir"

06.11.2018 08:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ