İri bank yaxında rəqəmsal filialını açacağını bəyan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri bank yaxında rəqəmsal filialını açacağını bəyan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yaxın zamanlarda ilk rəqəmsal filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik".

 

"Marja" xəbər veri ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.


ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Sədr deyib ki, bank xidmətlərinin rəqəmsallaşması ilə bağlı Kapital Bankın layihələri çoxdur:

 

"Rəqəmsal bankçılığa keçid — ən mühüm hədəfimizdir. Hazırda biz biznes proseslərin rəqəmsallaşmasına keçidlə bağlı ciddi işlər görürük. Bunun nəticəsində müştərilər bir sıra bank əməliyyatlarını bütün filiallarımızda daha tez və sərbəst şəkildə həyata keçirə biləcəklər. Belə layihələrdən ən mühümü tam rəqəmsal filialın açılışıdır. Yaxın zamanlarda ilk filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik. Bunun nəticəsində 20-dən artıq əsas biznes proses optimallaşıb. Rəqəmsal filialda müştərilərə avtomatlaşdırılmış terminallar xidmət göstərəcək. Misal üçün, kredit və ya BirKart almaq istəyən müştəri həmin filiala müraciət edib, adlı kartı və ya krediti dərhal əldə edə biləcək. Bundan başqa rəqəmsal filialda müştərilər, ödəniş kartının sifarişi, pul köçürməsi əməliyyatı, əmanət hesabının və ya cari hesabın artırılıb və azaldıla bilməsi, səfirliyə məktubların təqdim edilməsi kimi xidmətlərdən daha tez və sərbəst şəkildə faydalana biləcəklər".

 

2018-ci ilin üçüncü rübünü yüksək maliyyə göstəriciləri ilə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev nailiyyətlərin əldə olunması və növbəti illər üçün olan strateji hədəflərdən danışıb. Daha ətraflı: “Rəqəmsal bankçılığa keçid - ən mühüm hədəfimizdir"

06.11.2018 08:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ