Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Apamark 30-dan çox şirkətin rəsmi saytını analiz etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apamark 30-dan çox şirkətin rəsmi saytını analiz etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Daima müştərilərin rahatlığını əsas tutan Apamark şirkəti müxtəlif sahələr üzrə fəaliyyət göstərən 30-dan çox şirkətin rəsmi saytını ilkin Google SEO analiz etmişdir. İlkin Google SEO (Search Engine Optimization) analizin nəticəsi olaraq şirkətlərin rəsmi saytlarında bir çox ciddi boşluqlar aşkar olunmuşdur. Sözügedən boşluqlar bir çox şirkətlərdə marketinq və satış departamentində çalışanların işinə ciddi zərbə vurmaqda davam edir.

 

Meta Title, Meta Description, Keyword

 

Əksəriyyət saytlarda Meta Title, Meta Description, Keyword kimi SEO əhəmiyyətli axtarış motorları aşkar edilməmişdir.  Meta Title (Başlıq) - bu istifadəçinin hansı bölmədə olduğunu göstərmək üçün saytın kod tərəfində yerləşdirilir. Meta Description açıqlama deməkdir və saytın hər bir səhifəsinin nə haqqında olduğunu göstərmək üçün yerləşdirilir. Axtarış sistemləri səhifə haqqında məlumatları başlıca olaraq bu veriləndən alır, nəticələrdə axtarana göstərərək ilkin məlumat vermiş olur. Keyword - SEO-da ən önəmli elementlərdən birincisidir. Saytın hər bir bölməsini yaratmazdan əvvəl həmin səhifənin hansı sözlərin axtarışında tapılmasını düşünüldüyünü analiz etmək lazımdır. Hər bir səhifənin özünün ayrıca açar sözləri olmalıdır.

 

Ziyarətçilərini Facebook-da izləyə bilmirlər

 

Araşdırmaların nəticələri göstərir ki, şirkət saytlarının böyük əksəriyyətində proqramlaşdırma zamanı facebook piksel kodu əlavə edilməmişdir. Facebook piksel kodu sayta daxil olan ziyarətçiləri facebook-da izləmək üçün istifadə olunur.

 

Saytlar axtarış sistemlərindən uzaq düşüblər

 

Saytlarında robots.txt və sitemap.xml fayllarının olmaması ucbatından bir çox şirkətlərin rəsmi internet səhifələri google, yandex, və digər kimi axtarış sistemlərinin indeksləməsindən uzaq düşüblər. Bu kod saytı axtarış sistemlərinin (ro)botlarıtərəfindən indeksləyir və saytın ibarət olduğu keçidləri, linkləri, mətnləri və saytın tərkibindəki digər məlumatları botlar tərəfindən axtarış sistemlərinin məlumat bazasına köçürür. Nəticədə internetdə axtarış edən istifadəçi axtarış zamanı saytla (əgər axtardığı məlumat saytda varsa) qarşılaşır.


Qeyd edək ki, sözügedən araşdırmaların nəticələri ilə bağlı hesabat rəsmi olaraq hər bir şirkətin müvafiq nümayəndəsinə göndərilmişdir. Satışının böyük hissəsini internetdən gələn müştərilər təşkil edən şirkətlər öz saytlarını daha dərindən SEO analizi olunması üçün Apamark şirkətinə müraciət edə və ya saytın SEO Analiz bölməsinə daxil ola bilərlər.

20.02.2017 05:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ