Hindistanda havanı süni yağışla təmizləməyi planlaşdırırlar

Hindistanın paytaxtı havanın təmizləməsi üçün süni üsullarla yaradılan yağış texnologiyasından istifadə ediləcək ilk şəhər ola bilər. Yağıntıya səbəb olan xüsusi maddələr təyyarələr vasitəsilə buludlara səpiləcək.

 

Xarici KİV-lər xəbər verir ki, bu barədə çirklənməyə nəzarət üzrə mərkəzi idarənin katibi Praşant Harhava bildirib. “Süni yağışlar havanın çirklənmə probleminin həlli ola bilər. Biz Hindistanın Meteoroloji Departamenti ilə bu imkanları nəzərdən keçiririk”, - o, “Economic Times” qəzetinə verdiyi müsahibədə belə deyib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Praşant Harhavanın sözlərinə görə, hökumət bu əməliyyatı noyabrın 10-dan sonra - əlverişli meteoroloji şəraitin yaranacağı vaxt həyata keçirməyi planlaşdırır.

 

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Hindistanda hər il milyona qədər insan zəhərli tüstü səbəbindən həyatını itirir, paytaxt Dehli isə ekoloji vəziyyətinə görə dünyanın ən çirkli şəhəri olaraq qalır.

6 Noyabr 2018 , 13:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin