SOCAR 2018-ci ilin sonunadək Rusiyadan qaz idxalını başa çatdıra bilər

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin sonuna kimi Rusiyadan qaz idxalını başa çatdıra bilər.

 

Bunu açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

 

""Qazprom" PSC ilə müqavilə 2018-ci ilin sonunadək qüvvədədir və müqavilə üzrə qalmış həcmlərin cari ilin sonuna kimi SOCAR-a tədarük ediləcəyi ehtimalı var. Nəzəri olaraq bu həcmləri növbəti illərə də keçirmək olar, amma belə ehtimal hələ ki ideya olaraq mövcuddur", - deyə o qeyd edib.

 

Rəsmi nümayəndənin sözlərinə görə, "Qazprom"la qüvvədə olan müqavilə çərçivəsində SOCAR-ın almalı olduğu qazın qalmış həcmi az - bir neçə yüz milyon kubmetrə qədərdir.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

İ.Əhmədov bir daha vurğulayıb ki, mövcud sazişdən kənar Rusiyadan əlavə qaz həcmlərinin idxalı məsələsi nəzərdən keçirilmir.

 

21 noyabr 2017-ci il tarixində “Qazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükü haqqında müqavilə imzalanıb. Tədarükə noyabrın 22-dən başlanılıb. 1 illik müqavilə çərçivəsində Azərbaycana 1,6 mlrd. kubmetr Rusiya qazının tədarükü planlaşdırırlır.

 

Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© "İnterfaks-Azərbaycan" 

6 Noyabr 2018 , 13:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin