Ən yuxarı statik reklam_3

Azərbaycanlı tələbənin cihazı böyük şirkətlərin diqqətini cəlb edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı tələbənin cihazı böyük şirkətlərin diqqətini cəlb edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Veysəloğlu”nun təqaüd ayırdığı tələbə ölkəmizi Avropada layiqincə təmsil edir

 

Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil alan Əlirza Orucov Avropada ölkəmizi layiqincə təmsil etməkdə davam edir.

 

Belə ki, “Veysəloğlu” Şirkətlər Qrupunun təqaüd proqramı çərçivəsində təhsilini davam etdirən Ə.Orucov Şotlandiyada “Climate Launchpad” ekoloji startup yarışmasında təmsil olunub. Edinburq şəhərində təşkil olunan dünyanın ən böyük ekoloji layihələr yarışmasına həmyerlimiz “DR. Ocean” layihəsi ilə qatılıb.

 

Məlumat üçün bildirək ki, “DR.Ocean” neft sızmasını təyin edən cihazdır və bu layihə dünyanın bir çox böyük şirkətlərinin diqqətini cəlb edib. Bu qurğu vasitəsi ilə dənizdə suya sıza biləcək neftin qarşısını almaq mümkün olacaq.

 

 Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu bakalavr təhsilini xüsusi fərqlənmə ilə bitirən 3 tələbənin Avropanın ən nüfuzlu təhsil ocaqlarından olan Turin Politexnik Universitetində (Politecnico di Torino) təhsil almasına özünün Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı çərçivəsində dəstək olmuşdu.

 

Qeyd edək ki, Şotlandiyada keçirilən “Climate Launchpad” startup yarışmasına dünyanın 45 ölkəsindən seçilmiş 135 layihə final üçün bir araya gəlmişdilər. Ə. Orucovun “DR.Ocean” layihəsinə böyük şirkətlər tərəfindən təkliflər olunub.

06.11.2018 12:13

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ