Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nazir: “Deyirlər ki, 1,5 milyon manata kino çəkmək olmaz, amma çəkilir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: “Deyirlər ki, 1,5 milyon manata kino çəkmək olmaz, amma çəkilir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı”.

 

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

“Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1,5 mln. manata kino çəkmək çətindir, amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”, - deyə o qeyd edib.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

Müzakirələrdə iştirak edən deputat Elmira Axundova isə bildirib ki, ölkədə kino sahəsinin inkişafına ayrılan vəsaitin məbləği gülüş doğurur: “Hazırda qonşu ölkələrdə kino sahəsinin inkişafı üçün qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, tarixi, hərbi mövzulara dair filmlər azdır. Bunun əvəzinə televiziya efirini xəcalət hiss doğuran filmlər zəbt edir”. 

 

ONLAYN KREDİT SİFARİŞİ 3% ENDİRİMLƏ

 

© Report

06.11.2018 12:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ