Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gözlər ABŞ-dadır - birjalar kəskin düşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gözlər ABŞ-dadır - birjalar kəskin düşə bilər

Trump dövründə S&P 500 İndeksi 28% yüksəlib


 

Donald Trumpın ABŞ Prezidenti seçildiyi 2016-cı ilin Noyabr ayından bu yana ABŞ-da S&P 500 İndeksi təxminən 28 faiz yüksəlib. Bu, digər ABŞ prezidentlərinin vəzifədə olduğu son 64 illik dövrdə görülən ən yaxşı artımlardan biridir. 
 

Prezident Dwight Eisenhower-ın vəzifədə olduğu  1952 - 1954 dövründə S&P 500 İndeksi 29 faiz qalxmışdı.
 

"Marja" xəbər verir ki, Trampın Prezidentliyinin son 2 ilinin necə formalaşacağı bugünkü ara seçkilərinin nəticəsində bəlli olacaq.
 

Reuters-də yer alan xəbərə görə, analitiklər, Demokratların ABŞ Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsinin birjalarda təzyiqə səbəb olacağını, Demokratların həm Nümayəndələr Palatası, həm də Senatda üstünlük təmin etmələrinin isə kəskin aşağı istiqamətli reaksiyaya səbəb ola biləcəyini qeyd edirlər.

 
Əks halda, yəni Respublikaçıların üstünlüyü qoruması halında yeni vergi islahatı ümidi ilə birjaların daha da yüksələcəyi proqnozlaşdırılır.
 
 

1922-ci ildən bu yana ABŞ-da keçirilən ara seçkilərdən sonra birjalar 12 ayda orta hesabla 17 faiz yüksəlib.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Trampın vergi güzəştləri ABŞ şirkətlərinin gəlirlərini yüksək səviyyədə dəstəkləyib. Hər nə qədər Çin ilə ticarət müharibəsi, inflyasiya və artan faizlər investorlarda narahatlığa,"Wall Street" də bəzən düşmələrə səbəb olsa da, səhm bazarlarında rekordlar davam edir. 
 

Vergi güzəştləri Apple və digər transmilli şirkətlərin xaricdən milyardlarla dolları ölkəyə geri gətirməsini təmin edib, S&P 500 Information Technology İndeksi (SPLRCT) Trampın seçilməsindən bu yana 51 faiz yüksəlib.
 

BAZAR GÖZLƏNTİSİ
 

Citi-in analitiki Todd Elmer bir hesabatında "Dollar seçkinin sonunda digər pul vahidləri qarşısında düşərsə alış edilə bilər", - ifadəsini istifadə edib. Hesabatda ara seçkilər və Dollar arasında güclü tarixi bir əlaqə olmadığı, bu səbəbdən Demokratların Nümayəndələr Palatasında üstünlüyü qazanmasının Dolların bahalaşmasına səbəb olmayacağı qeyd olunub.
 

VOLATİLLİKDƏ  AZALMA GÖZLƏNTİSİ
 

Bəzi investisiya strateqləri ABŞ-da ara seçkilərinin bitməsilə bazar üçün bir qeyri-müəyyənlik faktorunun ortadan qalxacağını, bunun da volatilliyin azalmaya səbəb olacağını bildirirlər.


 
 "BİR  ŞEY ETMƏYİN"
 

Wells Fargo-nun analitikləri isə, "Bizim fikrimizə görə, investorlar seçki nəticəsinə dair qorxuya və ya spekulyasiyaya əsaslanaraq investisiya dəyişikliyi etməkdən qaçmalıdırlar, uzunmüddətli investisiya planlarının davam etdirilməsi və Konqresin hərəkətlərinin gözlənilməsi vacibdir" şəklində şərh ediblər.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

06.11.2018 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ