Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fındığın qiyməti qalxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fındığın qiyməti qalxıb

Hazırda şimal bölgəsinin bazarlarında fındıq son illər ərzində ən yüksək qiymətə satılır.

 

Reklam_3_11

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Ötən mövsümdə təsərrüfatçılar istehsal etdikləri fındığı qəbul məntəqələrinə maksimum 3 manat 80 qəpiyə sata bilirdilərsə, hazırda qiymət 4 manat 30 qəpiyədək artıb. Qəbul məntəqələrindən bildirirlər ki, fındığın qiyməti mart ayına kimi daha da yüksələ bilər.

 

Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər regionlarından da məhsul gətirilərək təhvil verilir. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac olunur.

 

Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri sayılır. Rayon bağlarından hər il 6 min tona yaxın fındıq istehsal edilir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindəndir.

 

Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən, Xaçmazda son üç ildə 3 min 649 hektar yeni fındıq bağları salınıb. Bununla da rayondakı fındıq bağlarının ümumi sahəsi 8 min 300 hektara çatıb.

 

Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması planlaşdırılır ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

 

© Azərtac

06.11.2018 14:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ