Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"17 törəmə müəssisə yaratmışıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"17 törəmə müəssisə yaratmışıq"

Prezidenti İlham Əliyevin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam olur.

 

Reklam_3_11

Cəmiyyətdən  verilən məlumata görə, Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır. Bu il ərzində “Azərbaycan Sənaye Korporasiyası” ("ASK") Açıq Səhmdar Cəmiyyəti (ASC) sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

 

Hazırda, “ASK” ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azərpambıq” Aqrar Sənaye Kompleksini, “Azəripək” MMC-ni, “Azəralüminium” MMC-ni, “ASK Şüşə” MMC-ni, “Azərtütün” MMC-ni və digərlərini göstərmək olar.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Tütünçülük sahəsində fermerlərin əkin prosesi üzrə maarifləndirilmə işləri gedir, tütün əkilən sahələr artırılıb və artmış yaşıl tütünün yığımı üçün 3 ay ərzində Balakən tütün qəbulu məntəqəsi tamamilə yenidən qurulub və yeni 60 ədəd tütünqurutma kameraları ilə təchiz olunub. Korporasiyanın mühüm alüminium və şüşə məmulatları istehsal sahələrinin moderinizasiya işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır.

 

Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir.

06.11.2018 15:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ