Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazirlik qalibləri “Apple”ın baş ofisində elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik qalibləri “Apple”ın baş ofisində elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı”nın nümayəndələri ABŞ İnnovasiya Mübadilə Proqramı (“USA Innovation Exchange Program”) çərçivəsində “Silikon vadisi”ndə bir sıra görüşlər keçirib.

 

Reklam_3_11

Görüşlərdən sonra Yüksək Texnologiyalar Parkının həyata keçirdiyi “Fast Track” Akselerasiya proqramının qalibləri elan olunub. Qaliblərə proqramda iştirak hüququ verən sertifikatlar təqdim olunub.

 

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qeyd edib ki, qaliblərin məhz “Apple” şirkətinin baş ofisində elan olunması rəmzi xarakter daşıyır. “Bir zamanlar startap və ideya olan “Apple” şirkəti bu gün 1 trilyon  dəyər ilə dünyanın ən böyük şirkətidir. Biz istədik ki, Azərbaycan startapları bu uğuru, miqyası və real nəticəni əyani görüb hiss etsinlər və layihələrinə inamları daha da artsın”. 

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

“Fast Track” dövlət qurumu tərəfindən həyata keçirilən ilk Akselerasiya proqramıdır. Bu proqramın qalibi olmuş startap layihələrinə 4 ay ərzində müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri göstəriləcək. Qaliblər, həmçinin dövlət qurumları və özəl şirkətlərlə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək alacaqlar. Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.

 

“Fast Track” proqramının münsifləri və mentorları ABŞ, İsrail, Polşa, Türkiyə və Rusiyadandır.

 

“Fast Track” Akselerasiya proqramının qalibləri:

1. “Tap2Doc”

2. “Data Forest”

3. “IQREX”

4. “Onbranch”

5. “Healthy Living”

 

“Golden ticket” almış layihələr:

1. “Buglance”

2. “KeepFace”.

07.11.2018 07:22

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ