Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bu il biz "yatdıq", ərəblər daha çox Türkiyəyə axın etdilər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bu il biz "yatdıq", ərəblər daha çox Türkiyəyə axın etdilər”

Bu yay səudiyyəli turistlər Azərbaycandan daha çox Türkiyəyə səfər ediblər.

 

Bunu “Marja”ya “New ERA Travel” şirkətinin direktoru Elçin Rüstəmov bildirib.

 

“2017-ci ilin yayında səudiyyəli turistlər daha çox Azərbaycana gəlməyə başlamışdılar. Bu yay isə yenidən daha çox Türkiyəyə istiqamətləndilər”.

 

Elçin Rüstəmovun sözlərinə görə, Səudiyyə Ərəbistanında daha çox Türkiyəyə biletlər satılıb. Bunun səbəbi bu il Azərbaycanın təbliğata az fikir verməsidir. Türkiyə qurumları və agentlikləri isə fasiləsiz təbliğat işini davam etdirirlər. Bu da ərəblərin daha çox Türkiyəyə axmasına səbəb olur:

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

“2016-cı ildə Azərbaycan olaraq, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Səudiyyə Ərəbistanında ölkənin təbliğatı üçün çalışdıq. Bu il isə nədənsə passiv olduq. Ərəb tərəfdaşlarımızın sözləri ilə desək, “bu il biz yatdıq”. Biz təbliğatı saxladığımız məqamda türklər durmadan öz reklamlarını apardılar”.

 

Elçin Rüstəmov əlavə etdi ki, Dekabr ayında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə Azərbaycanın ixrac missiyası tətşkil olunacaqdır:

 

“Mən və bir neçə iri turizm agentliyinin rəhbərləri də  İxrac missiyası ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olacağıq.  Missiya çərçivəsində, ölkəmzə ərəb ölkələrindən daha çox turistin gəlməsi, investisiyaların cəlb edilməsi məqsədləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub”.

07.11.2018 08:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ